Müştəri: Xalq Bank
“Xalq Bank” Azərbaycanın aparıcı korporativ və pərakəndə ticarət banklarından biridir. 2004-cü ildə yaradılan bank depozit, kredit kartları da daxil olmaqla, bütün əsas maliyyə xidmətlərini təklif edir. Bankın həm korporativ, həm də pərakəndə sektorda çoxsaylı müştərilərə xidmət göstərən 30-dan çox filial şəbəkəsi mövcuddur.
Bankın müştərilərlə qarşılıqlı əlaqənin bütün digər üsullarından əlavə, gündəlik 1000-dən çox zəngə cavab verən Çağrı Mərkəzi var. Gündən-günə artan müştəri bazası köhnə Çağrı Mərkəzi həllinin mövcud imkanları ilə təmin edilə bilməzdi. Nəhayət, bankın rəhbərliyi ED QSC-ni həm IP-telefoniya, həm də Çağrı Mərkəzi həllərinin modernləşdirilməsi işini həyata keçirməyə dəvət etmək qərarına gəldi.
ED şirkətinin mütəxəssisləri köhnə sistemləri təhlil etdi, hədəf sistemi şərtinin layihəsini sənədləşdirdi və bir neçə vendorun sübut olunmuş sistem əsaslı həllərini təklif etdi. Bir neçə birgə texniki görüşdən və bütün müsbət və mənfi tərəfləri müəyyənləşdirdikdən sonra müştəri Cisco-nun müştərək iş həllinə əsaslanan sistemlərini seçdi.
ED şirkəti tərəfindən tətbiq olunan həll müştəriyə aşağıdakı biznes dəyərini əldə etməyə imkan verdi:
Cisco CUCM v12, Cisco UCCX v12