Geriyə
Verilənlər mərkəzi

Server və Saxlama Sistemləri

ED, Server və Saxlama Sistemləri sahəsində zəngin  təcrübəyə və çox sayda  tədarükçü ortaqlığına malikdir. Komandamız sertifikatlı və yüksək ixtisaslı mühəndislərdən ibarətdir. Fərqli texnologiyalardan, HPE, Dell/EMC, Cisco, Huawei, NetApp, IBM və s. kimi tədarükçülərdən qazanılan ən yaxşı təcrübələrdən istifadə edərək çoxlu sayda yerli və regional layihələr təqdim ediblər.

ED İnfrastruktur komandasının uzaq məsafələrdə və dənizdə işləmək üzrə böyük təcrübəsi var. Bu təcrübə bizə əlaqə tələblərini səmərəli şəkildə araşdırmağa və həlləri dəqiq dizayn etməyə imkan verir. Bu, iqtisadi cəhətdən səmərəli olan həllin problemsiz şəkildə tətbiqi üçün vacib şərtdir.