CEO məktubu

Teymur Tağıyev

Salam, səhifəmizin əziz izləyiciləri! 

 

Bu gün rəqəmsal texnologiyaların istifadə olunmadığı sahə demək olar ki, yoxdur. Rəqəmsal texnologiyalar artıq çoxdan həyatımızın ayrılmaz bir hissəsinə çevrilib.

Şübhəsiz ki, bu gün heç bir biznes qabaqcıl sənaye texnologiyaları olmadan reallaşa bilməz. Üstəlik, daha keyfiyyətli xidmət göstərmək üçün bir çox, bəlkə də bütün şirkətlər rəqəmsal infrastrukturu inkişaf etdirməlidirlər.
Məhz bu məqamda «Eurodesign» şirkətinin komandası sizə öz yardım əlini uzadacaq.

Şirkətimiz qurulduğu 1996-cı ildən etibarən sistem inteqrasiyası, İT konsaltinqi və layihələrin idarə olunması kimi İT xidmətləri təqdim edir.

“Eurodesign” İT xidmətləri sahəsində onilliklər boyu təcrübəsi olan yüksəkixtisaslı mütəxəssislər qrupudur.  

Çoxsaylı müəssisələr üçün yüksək keyfiyyətli telekommunikasiya həlləri təqdim edirik və mütəxəssislərimiz öz təcrübələrini sizinlə bölüşməyə hazırdır!

Müştərilərimizə geniş çeşidli İT və Telekommunikasiya xidmətləri və məhsulları təklif edirik. 

Məqsədimiz yüksək keyfiyyətli nəticə əldə etməkdir. Bu səbəbdən, çalışdığımız hər bir layihəyə 100% səyimizi sərf edirik. Həyat bir yerdə dayanmır, buna görə də, hər zaman ən son tendensiyaların zirvəsindəyik və ən qabaqcıl texnologiyalardan istifadə edirik.

Məhz buna görə də, bizimlə işləməyə başlamış müştərilərin əksəriyyəti bu gün tərəfdaşımız olaraq qalır.

Şirkətimizin devizi: "ED: Aparıcı bizneslər üçün lider İT"

Müştərilərimiz illərdir ki, bizimlə əməkdaşlıq edirlər, çünki hər bir əməkdaşımız üçün ən dəyərli olan işimizin keyfiyyətidir.

Hörmətlə

Teymur Tağıyev…

 

Sizə necə kömək edə bilərik

Sizə necə kömək edə bilərik

Daha ətraflı
decoration element
decoration element
decoration element
decoration element
decoration element
decoration element
decoration element