Back

Əmək fəliyyətinin monitorinqinin elektronlaşdırılması

Müştəri: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Hazırda nazirliyin tabeliyində 6 dövlət komitəsi fəaliyyət göstərir. Bu komitələrin hər birinin iş fəaliyyəti nazirliyin əsas istiqamətləri üzrə bölünüb.

Biznes çağırışları

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün fəaliyyət istiqamətlərində şəffaflığın təmin edilməsi, yoxlanışlara sərf edilən zamanın qısaldılması, eləcə də kağız üzərində görülən çoxşaxəli işlərin elektronlaşdırılmasına zəruriyyət formalaşmışdı. Monitorinqlərin qiymətləndirilməsi, müraciətlərin baxılmasında gecikmələr və narazılıq halları bir-birindən asılı olan neqativ hallar formalaşdırırdı.

Həllər:

ED şirkətinin yaratmış olduğu əmək fəaliyyətinin elektron monitorinqi sistemi proseslərdə ləngimələrin, öncədən sövdələşmə hallarına gətirib çıxa biləcək risklərin, sərf edilən zamanın minimuma endirilməsinə imkan yaradır. Elektron monitorinq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iş istiqamətlərini nəzərə alaraq prosesdə aparılan dəyərləndirmələrin kağız üzərindən elektrona keçidini təmin etməklə iş fəaliyyətinin bütün konturlar əsasında şəffaflıqla həyata keçirilməsini təmin edir. Yeni yaradılan sistem həmçinin monitorinqin nəticəsinə əlavə müdaxilələrin qarşısını ala bilir.

decoration element
decoration element

Biznes dəyəri

ED şirkətinin yaratdığı əmək fəliyyətinin monitorinqinin elektronlaşdırılması sistemi ƏƏSMN-in monitorinq fəaliyyətinə yeni həl1ər gətirib.

  • Bütün monitorinq prosesi şifahi və kağız üzərindən çıxarılaraq elektron formada həyata keçirilir. Elektron monitorinq zamanı nəticəyə müdaxilələrin qarşısı alınıb  və dəyərləndirməyə sərf edilən zamanın müddəti minimuma enib.

  • Elektron monitorinq sistemi monitorinqi edən şəxsin işini dəəyyən prinsiplər əsasında monitorinq edir.

  •  Monitorinq obyekti elektron sistemdə yalnız monitorinq zamanı məlum olur ki, bu da neqativ halların qarşısını almağa hədəflənib.

  •  Elektron monitorinq işin nəticəsinin hazır olduğu anda sistemdə yayımlanmasını təmin edir.

 

Texnologiyalar:

  • TicketService
  • AppealService
  • AccountService.
  • ApiService
  • AuthService
  • FAQService
  • NotificationService
  • ReportService
  • DictionaryService