Uğurlu planlaşdırma layihənin gecikmə olmadan təslim edilməsi üçün zəruridir.

12th June 2023

Layihənin müəyyən edilmiş müddət ərzində uğurla başa çatdırılması bir çox planlaşdırıcının əsas hədəfidir. Bu, icraçıya daha çox nüfuz qazandırır və sifarişçi layihədən gəlir əldə edir. Beləliklə, hər hansı gecikmənin qarşısını almaq və layihəni müəyyən edilmiş vaxt müddəti, xərclər və keyfiyyət çərçivəsində təslim etmək üçün layihənin effektiv şəkildə planlaşdırılması idarəetmənin mühüm aspektidir.

Planlaşdırma ilə əlaqədar çətinliklər üç əsas səbəbdən irəli gəlir; hətta eyni funksiyaya malik olan layihələrin özünəməxsusluğu, xərc, vaxt və keyfiyyət baxımından layihələr arasında fərqlərin olması, məlumatların aydın olmaması səbəbilə qeyri-müəyyənlik və qeyri-dəqiq qiymətləndirmə.

Xüsusən də, çox böyük və mürəkkəb layihələr üçün ənənəvi planlaşdırma metodlarının bir sıra çatışmayan cəhətləri var. Bu isə, nəzarət prosesini çox çətinləşdirir. Buna görə də, tədqiqatçılar layihələrin planlaşdırılmasının daha real və effektiv üsullarını işləyib hazırlamalıdırlar.

Beləliklə, uğurlu planlaşdırma layihənin gecikmə olmadan təslim edilməsi üçün zəruridir. Bu, bütün iştirakçılara bir çox faydalar gətirir: 

Ənənəvi planlaşdırma üsullarını üç əsas qrupa bölmək olar:

Təcrübə-əsaslı metodlar

Bu metodlar əsasən planlaşdırıcının böyük təcrübəsindən asılıdır və sütunlu diaqram metodu kimi kiçik layihələrə tətbiq edilə bilər.

Determinist metodlar

Layihənin tamamlanması üçün tələb olunan müxtəlif tapşırıqlar arasında üstünlük əlaqəsi hər bir tapşırığın müddəti ilə birlikdəəyyən edilməlidir, sonra bütün layihə şəbəkəsi yaradılır və burada uzun icra marşrutu kritik yol hesab olunur.

Ehtimal metodları

Ədəbiyyatda yer alan sənədlərdən aydın olur ki, hər hansı bir layihə üçün planlaşdırma prosesinə təsir edən ən mühüm amillər bunlardır: sifarişçilərin və icraçıların maliyyə vəziyyəti, resursların mövcudluğu, dəyişiklik sifarişləri, layihənin məzmununun aydın şəkildə başa düşülməsi, iştirakçı tərəflər arasında ünsiyyət, qiymətlərin eskalasiyası və icraçılar üçün ödənişlərin gecikdirilməsi, o cümlədən menecerlər və mühəndislərin təcrübəsi.

Nahid Şükürov, Layihə Meneceri

Related articles

“Covid-19” iş tərzimizi necə dəyişdi?
6th September 2021

Covid-19 böhranı yaşam tərzimizi dəyişdi.  Bir çoxumuz  evdən işləyərək  işimizi yerinə yetirməyin yeni üsullarına uyğunlaşırıq. 

Find out more
Rəqəmsal transformasiya uğurun əsas amili kimi
2nd September 2021

Proseslərin rəqəmsala uyğunlaşdırılması və mənimsənilməsi bugünkü biznes üçün çox mühüm əhəmiyyət kəsb edir. Buna görə də şirkətlər üçün rəqabətədavamlı və aktual olmaq həmişə çox vacibdir. Rəqəmsal transformasiyaya keçidi başlamaq və sürətləndirmək çox vacibdir, çünki bu, biznesə dair rəqabətdə bir addım öndə olmaq üçün yeni imkanlar yarada bilər. Satış, marketinq və müştəri xidməti kimi ənənəvi rolların transformasiyası təşkilatların müştərilərlə necə düşünməsinə və onlarla əlaqə qurmasına çox təsir edir. 

Find out more
Effektiv layihə idarəetmə hesabatının yazılmasına dair məsləhətlər.
12th June 2023

 

Layihənin idarə edilməsinə dair hesabat yazmaq çətin bir iş ola bilər, lakin bu, layihənin uğurla idarə olunmasının vacib hissəsidir. Layihənin idarə edilməsinə dair hesabatda layihənin vəziyyəti, gedişatı və ümumi icrası kimi məsələlərə dair xülasə yer alır. Hesabat sayəsində aidiyyatı tərəflər layihənin gedişatına, eləcə də yarana biləcək potensial problemlərə və ya maneələrə dair məlumat əldə edirlər. Bu məqalədə biz effektiv və məlumatlandırıcı layihə idarəetmə hesabatının yazılmasına dair bəzi məsləhətlər verəcəyik.

Find out more