Mayın 9-da Bakıda “Dünya Limanları Konfransı – 2018” çərçivəsində sərgi təşkil edilib.
“Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov Azərbaycan tərəfindən açılış mərasimində iştirak edib.
Sərgidə “Quançjou”, “KazMorTransFlot”, ED, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Talesun”, “Paka Engineering”, “Pasha Bank”, “Osaka Port”, “Bremenports” və digər şirkət və limanların nümayəndələri iştirak edirlər.
“Dünya Limanları Konfransı - 2018”, 8-11 may tarixlərində Bakıda keçirilir. “Dünya Limanları Konfransı - 2018”in əsas mövzusu “Gələcəyin Limanları: qovşaqların yaradılması, bağlantının sürətləndirilməsi”dir.
Tədbirdə dünyanın Avropa, Yaponiya, İran, Gürcüstan, İndoneziya, Nigeriya və digər ölkələrindən olan liman rəhbərləri, hökumət nümayəndələri, professor və ekspertlər iştirak edirlər. Tədbir iştirakçıları “İpək Yolu” ilə yükdaşımaları, nəqliyyat qovşaqlarının inkişafı və bu məsələdə limanların rolunu, o cümlədən multikulturalizm, qlobal logistikada mədəni fərqlər, azad ticarət zonalarının işi, onlar arasında rəqabətin artırılması və digər mövzularda fikir mübadiləsi aparacaqlar.
Əli Mustafayev