Back

IP-telefoniya sisteminin yenilənməsi və Əlaqə Mərkəzi Həllinin Tətbiqi

Müştəri: “Xalq Sığorta” ASC

 

“Xalq Sığorta” Azərbaycanın lider sığorta şirkətlərindən biridir. 2005-ci ildə yaradılan şirkət tibb, həyat, əmlak və səyahət sığortası məhsulları ilə yanaşı, bütün əsas sığorta xidmətləri təklif edir. Sığorta şirkətinin şəbəkəsinə 10-dan çox filial daxildir. Şirkət həm korporativ, həm də pərakəndə sektorda çoxsaylı müştərilərə xidmət göstərir.

 

Biznes çağırışları

Müştərilərlə qarşılıqlı əlaqənin bütün digər üsullarına əlavə olaraq, şirkətin gündəlik 1000-dən çox zəngə cavab verən Çağrı Mərkəzi var. Zaman keçdikcə artan müştəri bazası köhnə Çağrı Mərkəzi həllinin mövcud imkanları ilə təmin edilə bilməzdi. Nəhayət şirkətin rəhbərliyi ED QSC-ni həm IP- telefoniya, həm də Çağrı Mərkəzi həllərinin modernləşdirilməsi işini aparmağa dəvət etmək qərarına gəldi.

decoration element
decoration element

Həll

ED şirkətinin mütəxəssisləri keçmiş sistemləri təhlil etdi, bir neçə etibarlı vendorun həllərinə əsaslanaraq hədəf sistem vəziyyətinin layihəsini və təklif olunan sistemləri sənədləşdirdi. Bir neçə birgə texniki görüşdən və bütün müsbət və mənfi cəhətləri müəyyənləşdirdikdən sonra müştəri “Cisco”nun Müştərək iş həllinə əsaslanan sistemlərini seçdi.

decoration element
decoration element

 

Biznes dəyəri

ED QSC tərəfindən tətbiq olunan həll müştəriyə aşağıdakı biznes dəyərini həyata keçirməyə imkan verdi:

  1. Müştəri məmnuniyyət səviyyəsinin artması 
  2. IP-telefoniya və Əlaqə Mərkəzi həllinin tətbiqi ilə əməliyyat səmərəliliyinin artması 
  3. Zəngləri və interaktiv səsli cavabları optimallaşdırmaqla müştəri xidmətinin cavabvermə vaxtlarının azaldılması 
  4.  Yüksək əlçatanlığı təmin edən dayanıqlı həll yaradılması
  5.  Gələcək sistemin miqyaslanabilmə və videokonfrans tətbiqi üçün təməlinin qoyulması 

Texnologiyalar

Cisco CUCM v12, Cisco UCCX v12