Back

Server otağının infrastrukturunun qurulması

Müştəri: “Azericard” MMC

"Azericard" MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hazırda “Azericard” MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 16 banka prosessinq xidməti göstərir və onların hamısı - Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür. “Azericard” MMC telekomunikasiya şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələrinin (Kart Transfer, VISA Direct, MasterCard Money Send), VTS, bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişinin, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.

 

Biznes çağırışları:

“Azericard” fəaliyyətə başladığı ilk gündən yüksək səviyyədə qurulacaq İT infrastrukturunun zəruriliyi gündəmə gəldi. Şirkətin xidmət sferası müasir məlumat saxlama mərkəzinin qurulmasını tələb edirdi. 

Həllər: 

İstənilən server avadanlığı hər müəssisənin konkret tələblərinə dəqiq cavab verməlidir. ED şirkəti “Azericard” üçün daimi monitorinq və texniki nəzarətin olduğu ən rasional təklifi edən şirkət oldu. Təklif edilən həll serverin təhlükəsizliyi, günün 24 saatında ümumi nəzarət və baş verə biləcək bütün risklərin aradan qaldırılmasını təmin edirdi. “Azericard” üçün qurulan server avadanlığı intellektual idarəetmə sisteminə əsaslanıb.

 

decoration element
decoration element

Biznes dəyəri:

ED şirkəti “Azericard”ın server infrastrukturunu quraraq bir sıra işlərə optimal həllər gətirdi.

1. Girişə Nəzarət və Yanğın Həyəcanı sistemləri vasitəsilə məlumat saxlama otağına daimi nəzarəti təmin etdi.

2. Server otağı üçün qalxan döşəmə quraşdırıldı.

3. Server otağının intellektual video-müşahidə sisteminə uyğun qurulması işləri optimallaşdırdı

4. Şirkətin bütün İT infrastrukturu intellektual idarəetmə əsaslı quruldu.