Back

Mərkəzləşdirilmiş güzəşt və vergi azadolmaları reyestrinin yaradılması

Müştəri: Maliyyə Nazirliyi

Maliyyə Nazirliyi ölkədə maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirliyin əsas missiyalarından biri respublikada maliyyə siyasətinin işləyib hazırlanması və həyata keçirilməsidir.

Biznes çağırışları

Maliyyə Nazirliyində vergi azadolmaları və gömrük güzəştlərinə kağız üzərindən edilən çoxkateqoriyalı müraciətlərin elektronlaşdırılması zəruriyyəti formalaşmışdı. Müraciətlərin sürətli baxılması və qərarların verilməsi üçün informasiya texnologiyalarını tətbiq etmək lazım idi.

Həllər

Elektron müraciətlər zamanı aidiyyatı qurumların sistemlərinə inteqrasiya olunan və müvafiq məlumatlara çıxış imkanına malik olan reyester ED tərəfindən quruldu. Həmçinin mərkəzləşdirilmiş reyestr çoxkateqoriyalı müraciətlərin avtomatik olaraq güzəşt tətbiq olunan vergi və gömrük rüsumlarının hər bir növü üzrə faktiki büdcə itkilərinin müəyyən edilməsinə də imkan yaradır. Layihə uğurlu formada fəaliyyətini davam etdirir və sentyabr ayından eyni predmet əsasında ikinci mərhələyə başlanılacaq.

decoration element
decoration element

Biznes dəyəri

ED şirkətinin hazırladığı mərkəzləşdirilmiş güzəşt və vergi azadolmaları reyestri işə bir çox həll gətirib:

1.Müraciətin elektronlaşması vaxt itkisinin qarşısını alır və məlumatların ötürülməsi asanlaşır.

2. Dövlət büdcəsinə güzəştlərin tətbiqi nəticəsində mədaxil olunmayan vəsaitlərin hesablanması, eləcə də faktiki büdcə itkiləri elektron formada hesablanır.

3. Prosesin elektron məntiqə inteqrasiyası insan amilinin rolunu minimuma endirir və mümkün ola biləcək yanlışlıqların qarşısını alır.

4. Reyestr sahibkar, komitə və qurumun müraciəti ilə bağlı bütün məlumatları şəxsi elektron kabinetindən izləməsinə imkan yaradır.

 

Texnologiyalar

  • TicketService
  • AppealService
  • AccountService.
  • ApiService
  • AuthService
  • FAQService
  • NotificationService
  • ReportService
  • DictionaryService