Müştəri: “Nobel Oil”
“Nobel Oil” şirkəti əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən və sonradan beynəlxaq miqyasa çıxaraq ABŞ, Böyük Britaniya və Rumıniya bazarına daxil olan şirkətlər qrupudur. Şirkət əsasən Azərbaycanın enerji sənayesində fəaliyyət göstərən müştərilər üçün avadanlıqlara texniki qulluq və avadanlıqların təmiri xidmətlərini göstərir. Bundan başqa kompleks qazma və quyuların idarə edilməsi xidmətlərini göstərir.
İT infrastruktur hər müəssisənin konkret tələblərinə dəqiq cavab verməlidir. “Nobel Oil”in şəbəkə, server kimi əsas xidmətlərində çətinliklər yaranırdı. Şirkətin qarşılaşdığı əsas problemlər məlumatların təhlükəsiz saxlana bilməməsi, arxiv məlumatlarının serverdən silinməsi idi.
ED şirkətinin təklif etdiyi həllə əsasən “Nobel Oil”in məlumat saxlama mərkəzi yenidən quruldu. Arxiv informasiyaların hər biri geri qaytarılaraq yeni məlumat mərkəzinə inteqrasiya edildi. Bundan başqa şirkət üçün ED IP telefoniya xidməti təklif etdi. Həmçinin serverin modernizasiyası həyata keçirildi.
ED şirkətinin “Nobel Oil” şirkətinə verdiyi xidmətlər bir sıra proseslərə həll gətirib.
1. Məlumat saxlama sistemi yenidən quruldu və arxiv məlumatlar yeni mərkəzə inteqrasiya edildi.
2.Məlumat mərkəzində yerləşən informasiyalara təhlükəsiz nəzarət sistemi yaratdı.
3. Cisco simsiz telefonlarla təminat.
4. Kabel sistemi, şəbəkə infrastrukturu