Back

Neft Emalı Zavodunun modernləşdirilməsi üçün İT və Telekommunikasiya

Müştəri: AZFEN

AZFEN şirkətinə təltif edilən müqavilə SOCAR-a məxsus Heydər Əliyev adına Neft Emalı Zavodunun (HƏNEZ) müasirləşdirilməsi və yenidən qurulması layihəsi ilə bağlı bütün tikinti işlərini əhatə edir.

AZFEN şirkəti tərəfindən yerinə yetiriləcək işin elementləri aşağıdakılardan ibarətdir:

Mexaniki işlər

  •  Elektrik və nəzarət-ölçü cihazlarının quraşdırılması;
  • Birləşmə/bağlantı işləri (boruların qaynaq edilməsi, sürgülərin, dayaqların quraşdırılması və s. daxil olmaqla)
  • Satınalma, layihələndirmə, inşaat işləri / podratçı üçün müvəqqəti qurğuların / avadanlıqların təmin edilməsi 

 

Biznes çağırışları

Müştərimiz HƏNEZ -də mərkəzləşdirilmiş Telekommunikasiya/İT avadanlığının quraşdırılması zamanı SOCAR-ın tələblərinə və müvafiq İstehsalçıların tövsiyələrinə uyğun olan Telekommunikasiya Avadanlıqlarının quraşdırılması ilə bağlı vəzifələri yerinə yetirməli idi. Müştəri dəstəyi tələblərinin yenidən müəyyənləşdirilməsinə və Heydər Əliyev adına Neft Emalı Zavodu üçün yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə imkan verən işçi həllərinin və sistemlərin quraşdırılmasına ehtiyac var idi.

 

 

decoration element
decoration element

Həll

Heydər Əliyev adına Neft Emalı Zavodunun Müasirləşdirilməsi və Yenidən qurulması ilə əlaqədar Telekommunikasiya/İT avadanlıqlarının mühəndisliyi və quraşdırılması. Eurodesign şirkəti CISCO, BOSCH, Hytera, Siemens, Industronic və s. kimi bütün dünyada tanınan istehsalçıların sistemlərinin və həllərinin tətbiq edilməsi üçün səy göstərir.   

Eurodesign şirkətinin səylərinin digər bir istiqaməti də, müştərimizin tələblərinə uyğun olaraq köhnə sexin / zavodun bütün İT infrastrukturunun müasirləşdirilməsindən və yeni zavoda inteqrasiya olunmasından ibarətdir.

Texnologiyalar  

PABX, Cisco® Network Equipment, CCTV, PAGA, SCS, Radio

 

 

 

decoration element
decoration element