Back

Təlim və Simulyasiya Mərkəzi üçün müfəssəl İT həllərin tətbiqi

Müştəri- İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

 

Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı universitetin ilk xarici şəhərciyidir. 15 sentyabr 2015-ci il tarixində Bakı filialı ilk yüz tələbəsini qəbul etdi. Birinci Moskva Dövlət Tibb Universitetinin aparıcı professor vəəllimləri universitetin kurikulum və proqramlarına uyğun olaraq Bakı şəhərciyində Ümumi tibb üzrə təlim keçirlər. Tələbələr altı il tam gün təhsil alırlar. Məzun olduqdan sonra Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomunu və ümumi praktik həkim ixtisasını alırlar.

 

Həll

 

Universitet İT infrastrukturun layihəsi da daxil olmaqla, müfəssəl İT həllərin təmin edilməsi üçün ED şirkətini cəlb etdi. Bu layihə İT-nin müxtəlif sahələrini əhatə edir: SCS, CCTV, şəbəkə sistemi, audiovizual sistem, PA sistemi, simsiz sistem, IP-telefoniya və girişə nəzarət. Ümumi və xüsusi tələblərini müəyyən etmək üçün müştəri ilə çalışdıqdan sonra sistemləri hazırladıq və uğurla tətbiq etdik.