Back

Offshore Vanilla Wi-Fi

Müştəri – BP

BP dünyanın ən böyük neft və qaz şirkətlərindən biridir. BP 1992-ci ilin iyun ayında Azərbaycana gələrək Bakıda ilk ofisini açıb. İki il sonra BP və beynəlxalq neft şirkətlərindən ibarət konsorsium Azərbaycan hökuməti ilə müqavilə imzaladı. Bu gün BP-nin Azərbaycandakı nümayəndəsi şirkətin neft və qaz hasilatı və nəqli üzrə əsas qlobal istehsal mərkəzlərindən biridir.

Biznes çağırışları

BP rəhbərliyi neft platformalarındakı istifadəçilərə təhlükəsiz və etibarlı internetə çıxış təmin etməyi qarşısına məqsəd qoymuşdur. Layihənin əsas çətinliyi radio siqnalının yayılmasına maneə törədən kompleks metal konstruksiyalardan ibarət qapalı otaqlarda simsiz şəbəkənin fasiləsiz işləməsini təmin etmək idi.

decoration element
decoration element

Həll

Qeyd olunan problemi həll etmək üçün ED şirkəti radio siqnalının spektral analizini apardı və neft platformalarında giriş nöqtələrinin yerləşdirilməsi üçün ətraflı dizayn hazırladı. ED layihə qrupu, neft platformalarının istismarı üçün təhlükəsizlik qayda-qanunlarına uyğun olaraq bütün platformalarda təklif olunan həllin həyata keçirilməsi üçün ətraflı layihə planı hazırladı. Avadanlıq quraşdırıldı, sınaqdan keçirildi və istismara verildi.

Texnologiyalar

Ekahau Survey, Ekahau Analyser, Cisco Wireless LAN Controllers, Cisco Wireless Access Points.

 

decoration element
decoration element