Back

F1 Circuit üçün İT İnfrastrukturunun yaradılması

Müştəri: Formula 1

Formula 1 üzrə Avropa Qran Prisi ilk dəfə 2016-cı ildə Bakıda keçirilib. Daha sonra Beynəlxalq Avtomobil Federasiyası (FIA) bu mötəbər yarışın adını dəyişərək Azərbaycan Qran Prisi adlandırıb. İlk Azərbaycan Qran Prisi 2017-ci ilin iyun ayında Bakı küçələrində keçirilib. Bakı Şəhər Halqası (BŞH) həm Azərbaycan Qran Prisinin promouterinin, həm də yarışın keçirildiyi trekin adıdır.

Biznes çağırışları

İlk Qran Priyə hazırlaşarkən ən mühüm amillərdən biri İT infrastrukturunun qurulması idi. İnfrastruktur Bakı dövrəsini tərtib edən Tilke Bürosunun tələblərinə tam uyğun olaraq ən yüksək səviyyələrə cavab verməli idi. Müxtəlif tipli İT sistemlərinin inteqrasiyası nəzərə alınmalı idi.

decoration element
decoration element

Həll

ED multimedia məzmununun ötürülməsi üçün Cisco Catalyst 3850 və ASR 1002-X həllərini təklif etdi. Onlar Bakı Şəhər Halqasının müasir intellektual infrastrukturunun, marşrutun hesablama şəbəkəsinin əsasını təşkil ediblər. Yüksək keyfiyyəti təmin etmək üçün ED Cisco yüksək sıxlıqlı Wi-Fi şəbəkəsinin idarə edilməsi və nəzarət sistemini, həmçinin fasiləsiz simsiz rabitə xidmətləri üçün xüsusi antenaları təklif etmişdir.

decoration element
decoration element

Biznes dəyəri

ED-nin Bakı Şəhər Halqası ilə bağlı təklifləri müştəriyə aşağıdakı məqsədlərə nail olmaqla biznes dəyərini artırmağa imkan verdi:

  • Bakıda yarışın keçirildiyi məkanda Tilke bürosunun tələblərinə tam cavab verən rəqəmsal mühitin yaradılması.
  • Bakı Şəhər Halqasında müasir intellektual infrastrukturun qurulması.
  • Cisco IP telefoniya, rabitə və əməkdaşlıq təminatı.
  • Yüksək keyfiyyətli IP kameraların vahid mərkəzə inteqrasiyası.
  • TETRA rabitə standartı əsasında rəqəmsal izləmə şəbəkəsinin yaradılması
  • Pit-leyn səsli və vizual siqnalizasiya sistemlərinin quraşdırılması.