Aparıcı Şəbəkə Memarı

Teymur Ağayev

Şəbəkə memarlığı üzrə mütəxəssisimizdir. Dizayn, şəbəkə təhlili, texniki dəstək və marşrutlaşdırma kimi işlərlə məşğul olur. 

Şirkətimizdə çalışdığı müddət ərzində Teymur Bakı-2015 Avropa Oyunları və Bakı-2017 İslam Həmrəyliyi Oyunları kimi müxtəlif layihələrdə şəbəkə proseslərinin yaradılmasına hərtərəfli dəstək verən böyük bir mütəxəssis qrupuna rəhbərlik edib.

Onun  "CCIE Xidmət Provayderi" və "CCIE Marşrutlaşdırma və Kommutasiya" sertifikatları var. T. Ağayev Cisco korporasiyasında çalışıb. Bu gün keçmiş təcrübəsinə əsaslanaraq, hazırki layihələrimizdə OSPF, IS-IS, BGP, MPLS, QoS texnologiyalarını tətbiq edərək yüksək peşəkarlıq nümayiş etdirir.