Şirkətimizin kommersiya direktorudur, beynəlxalq təşkilatlarda 22 ildən çox təcrübəsi var. Texnologiya, istehsalın təşkili, eləcə də iqtisadiyyat sahəsində zəngin biliklərə malikdir. Mükəmməl ünsiyyət bacarıqları, güclü şəxsiyyət, liderlik keyfiyyətləri var. Analitik düşüncəyə malikdir, eyni zamanda Beynəlxalq Layihə Meneceri (SIPM) sertifikatına sahibdir.
2015 -ci ildən bu günə qədər “ED CSC”nin kommersiya direktoru vəzifəsində çalışır. Satış Direktoru, Biznesin İnkişafı və Kommunikasiyalar, Strateji İttifaqlar və İnnovasiyalar üzrə icraçı direktor vəzifələrində çalışıb, daha sonra "Azerfon-Vodafone"a rəhbərlik edib. "Azerfon-Vodafone" markası üçün müştəriyönümlü alt proseslərin hazırlanması və həyata keçirilməsi, "Vodafone" təlimatlarına riayət olunmasının təmin edilməsi və "Azerfon-Vodafone"u yüksəksəviyyəli istehlakçı və korporativ markaya çevirmək kimi vəzifələrin öhdəsindən tam gəlib.