Strukturlaşdırılmış Kabel Sistemi üzrə ekspert

Fəzail Əliyev

SCS üzrə mütəxəssisimizdir. Yük planlaması ilə məşğul olur, kabel işini başa çatdırmaq üçün lazımi avadanlıqları seçir, riskləri və problemləri qiymətləndirir, təsvirləri nəzərdən keçirir, yüklərin cədvəlini tərtib edir, sənaye standartlarına uyyğun olaraq, xidmətin çatdırılmasını təmin etmək üçün şöbədaxili dəstək verir.

Ünsiyyətcildir, komandada əvəzolunmaz, xırda şeylərə diqqətlə yanaşan, problemləri məharətlə və tez həll edən insandır. Rasionallıq, diqqət, yaxşı yaddaş, çalışqanlıq, nəticələrə fokuslanma bacarıqları, məsuliyyətliliyi ilə seçilir.

Azərbaycan Respublikası Rabitə Nazirliyində telekommunikasiya mühəndisi işləyib, ATE-nin aparıcı quraşdırıcısı olub (6 -cı dərəcəli), simli telefon kabel sisteminin quraşdırılması, təmiri və istismarı ilə məşğul olub.

NEXANS Kurrikulumu, EXCELL Strukturlaşdırılmış Kabel və Optik Şəbəkə sertifikatları var. Fiber-optik infrastruktur, genişzolaqlı rabitə üçün infrastruktur həlləri, LAN kabel sistemlərinin quraşdırılması və qoşulması üzrə mütəxəssisdir, NEXANS mütəxəssisləri tərəfindən təlim keçmişdir.