Layihə İdarəçiliyi (PMI PMP), “Agile” (PMI-ACP) Layihə İdarəetmə İnstitutu, Beynəlxalq Layihə İdarəetmə Birliyi (IPMA Level-B) üzrə sertifikatlara sahib təlimçi-mütəxəssisimizdir.
Onun zəngin bilik və təcrübəsi layihələrin planlaşdırılması, idarə edilməsi və təhlilində müstəsna rol oynayıb.
Fərid Nadirov uğurla icra olunmuş 30 -dan çox layihənin rəhbəri olub. Onun uğurlu layihələrindən biri də Ədliyyə Nazirliyində IP telefoniya və videokonfrans sisteminin tətbiqidir. Proqram 4 ildir ki, onun rəhbərliyi altında həyata keçirilir və müştəriləri tam məmnun edən layihələrdən biridir.
Bundan başqa, F. Nadirov təcrübələrini təlim proqramları vasitəsilə yüzlərlə insanla bölüşür.