Layihə İdarəetmə İnstitutunun Peşəkar Biznes Analizi üzrə (PMI-PBA, PMP), Agile, (PMI-ACP), İT xidmətlərinin idarə olunması üzrə ITIL sertifikatına sahib olan Aqşin yerli və beynəlxalq miqyasda layihə idarəçiliyində zəngin təcrübəyə malik layihə meneceridir.
Buna bariz nümunə kimi Ədliyyə Nazirliyinin sifarişini, daha dəqiq desək, məhkumların elektron nəzarəti və monitorinqi vasitələrinin tətbiqini qeyd etmək olar. "Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə infrastrukturu" adlı layihəni də qeyd etmək yerinə düşər.
Aqşin Talıbzadə həmçinin layihə idarəçiliyi ilə bağlı təlimlər keçirir, layihə idarəçiliyi sahəsindəki beynəlxalq təcrübəni bölüşür.