Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt BEGOC

Bakı 2015

2012-ci ildə Azərbaycanın paytaxtı ilk Avropa Oyunlarına ev sahibliyi etmək hüququnu qazandı.

Tədbir 12-28 iyun 2015-ci il tarixlərində paytaxtımız Bakı şəhərində keçirildi və 20 idman növündə yarışan 50 ölkədən 6,000 atleti bir araya gətirdi. Oyunların təşkilində məqsəd Avropa Oyunlarını tarixin ən möhtəşəm və innovativ qitə oyunları kimi dünyaya tanıdacaq yeni bir modeli yaratmaqdan ibarət idi. 

Bu əlamətdar oyunların təkili məqsədi ilə Bakı Avropa Oyunları Təşkilat Komitəsi IT infrastrukturun yaradılması üçün bir çox beynəlxalq və yerli şirkətləri lahiyəyə dəvət etdi. Eurodesign şirkəti Oyunların Təşkilat Komitəsi tərəfindən bu layihəyə dəvət olundu və biz təşkilat komitəsinə IT infrastrukturun qurulmasında yardımçı olan, eləcə də Avropa Olimpiya Komitəsini yüksək səviyyəli IT xidmətləri ilə təmin edən nəhəng IT cəmiyyətinin tərkib hissəsinə çevrildik. 

Eurodesign genişmiqyaslı, təhlükəsiz və yüksək səviyyəli telekommunikasiya infrastrukturunun yaradılmasının öhdəsindən peşəkarlıqla gəldi. Biz bir çox Şəbəkə, Səs Təhlükəsizlik Sistemləri Həllərini tətbiq etdik. Avropa Oyunları Təşkilat Komitəsi üçün olduqca etibarlı, təhlükəsiz və nəhəng IT infrastrukturun qurulması mühüm bir məsələ idi. Eyni zamanda, IT xidmətlərinin vaxtında, mövcud büdcə daxilində və beynəlxalq standartlara uyğun şəkildə təmin edilməsi böyük əhəmiyyət daşıyırdı. Eurodesign həm idman meydançaları, yarış zalları, hovuzlar həm də digər məkanlarda Şəbəkə, Səs Wi-Fi infrastrukturu, eləcə də məlumat kommutasiya sistemləri və İPT həlləri quraşdırdı.

Bizim yüksək ixtisaslı texniklərimiz tərəfindən ümumilikdə, 480.000 m. kabel çəkildi hansının ki, bunun 100.000 m. -lik hissəsini Fiber Optik kabellər təşkil edirdi. Ümumilikdə bütün ərazilər üzrə 11.265 Ethernet Port yerləşdirildi.

IT və məlumat təhlükəsizliyinin təmin edilməsi Eurodesign üçün ən böyül əhəmiyyət daşıyan məsələ idi. 

Biz Avropa Oyunları üçün yüksək səviyyəli IT dizaynın yaradılmasının öhtəsindən məharətlə gəlməyi bacardıq. Yüksək səviyyəli və ətraflı sənədləşmə və təlimatlardan istifadə edərək Avropa Oyunları üçün bir çox əməli idarəetmə və digər texniki prosedurları yerinə yetirdik. Layihə gedişində Eurodesign ortaya çıxan istənilən texniki məsələni dərhal çözmək iqtidarında idi. Bakı Avropa Oyunları çox çətin, həmçinin mühüm bir təcrübə idi. Eurodesign layihənin bütün tələblərini vaxtında yerinə yetirərək yüksək səviyyəli İT infrastrukturu qurmağa nail oldu. 

Bakı Avropa Oyunları layihəsi zamanı Eurodesign-ın əldə etdiyi bilik və təcrübə şirkəti dəyişdirməyimizə və yeni səviyyəyə yüksəltməyimizə imkan verdi. Belə ki, biz artıq daha çətin tapşırıq və layihələri öhdəmizə götürməyə qətiyyətlə hazırıq.

Biz Azərbaycanda gələcək layihələr üçün innovativ və texnoloji həllər tətbiq etməkdən qurur duyacayıq!

0

Siz həmçinin Avropa Oyunları zamanı Eurodesign və Cisco-nun Əməkdaşlığı haqqında qısa videoya da baxa bilərsiniz.

Filmin tam variantı zəhmət olmasa üçün bura klikləyin.

Layihənin müddəti: 2012-2015


Bizi İzləyin