Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt Azərbaycan Sənaye Korporasiyası

ASK yeni ofis binasında IP Telefoniya Sistemi

Sistem 100-dən çox istifadəçi tərəfindən istifadə ediləcək

Eurodesign şirkəti Azərbaycan Sənaye Korporasiyasının yeni ofis binasında IP Telefoniya Sisteminin qurur

Sistem 100-dən çox istifadəçi tərəfindən istifadə ediləcək. Bundan əlavə sistem Çağrı Mərkəzini əhatə edir və geniş SIP xüsusiyyətlərindən istifadə edəcəkdir.

Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılmış, dövlət əmlakının idarə edilməsi, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrini yaratması, dəyər zəncirinin həlqələri üzrə istehsal potensialının artırılması, sənaye məhsulları istehsalının həcmini artırması, qeyri-neft sektorunun inkişaf sürətini artırmalması və regionlarda və bütövlükdə respublikada yeni iş yerlərinin açılması ilə işsizliyin aradan qaldırılmasını, əhalinin maddi-rifahının yüksəlməsini təmin etmək kimi çox vacib məsələlərin həyata keçirilməsindən ibarətdir.

Eurodesign şirkətinin silsilə layihələrin öhdəsindən uğurla gəlməsi səbəbindən, Azərbaycan Sənaye Korporasiyasının yeni ofis binasında İP Telefoniya Sisteminin quraşdırılması layihəsi məhz bizim şirkətə etibar etmişdir. 

Layihə vaxtında, smeta xərcləri çərşivəsində və beynəlxalq standartlara uyğun olaraq təhvil verilmişdir. 

Daha bir məmnun müştəri və daha bir uğurlu layihə!

Bizi İzləyin