Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Regionların İnkişafına Dəstək Qrant Proqramı

“Regionların İnkişafına Dəstək Qrant Proqramı” üzrə tenderin qalibi olduq

“Regionların İnkişafına Dəstək Qrant Proqramı” üzrə tenderin qalibi olduq 

Eurodesign şirkəti “Regionların İnkişafına Dəstək Qrant Proqramı”na əsasən İqtisadiyyat Nazirliyi üçün IT avadanlıqların satın alınması üzrə tenderin qalibi oldu.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sənayenin inkişafı, ölkə iqtisadiyyatında struktur və innovasiya, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi, rəqabətin qorunması, inkişafı və təşviqi, haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması, daxili ticarət, xarici iqtisadi və ticarət əlaqələri, regionların sosial-iqtisadi inkişafı və mənzil-kommunal təsərrüfatı sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Eurodesign şirkəti “Regionların İnkişafına Dəstək Qrant Proqramı”na əsasən İqtisadiyyat Nazirliyi üçün aşağıdakı IT avadanlıqlarla təchiz edərək, quraşdırılması prosesini həyata keçirdi:

  • Data Mərkəz üçün soyutma avadanlığı
  • Şəbəkə avadanlıqları 
  • Data Mərkəz üçün fasiləsiz enerji mənbəyi avadanlığı 
  • İnteraktiv funksional elektron lövhə
  • Serverlər
  • Fiber optik kommutator 
  • Skannerlər 
  • Çap avadanlığı 

    Layihə vaxtında, təyin edilmiş büdcə çərçivəsində və beynəlxalq standartlara uyğun olaraq təhvil verilişdir.

Daha bir məmnun müştəri və daha bir uğurlu layihə!

Bizi İzləyin