Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt Milli Sağlamlıq Mərkəzi

Milli Sağlamlıq Mərkəzi

Milli Sağlamlıq Mərkəzi Azərbaycanın ən qabaqcıl BT infrastrukturuna malik ən böyük səhiyyə mərkəzidır.

Milli Sağlamlıq Mərkəzi ən qabaqcıl İT infrastrukturu olan çoxprofilli müasir klinikadır. 94.000 m2 sahəni əhatə edən bu müəssisə Azərbaycanın ən böyük sağlamlıq mərkəzidir.

21 mərtəbəli bina ən müasir texnoloji həlllər ilə təchiz olunmuşdur. Eurodesign tərəfindən 50-dən çox server otağı tikilmişdir, 2500 m CAT 6 kabeli çəkilmişdir və 1500-ə qədər data yuvası quraşdırılmışdır. Bütün yuxarıda qeyd edilən infrastruktur 500 dən artıq simsiz giriş nöqtəsi ilə birgə xəstəxanada yüksək sürətli və etibarlı internet bağlantısını təmin edir. 150-dən çox yüksək görüntü imkanına malik kamera, girişə və perimetrə nəzarət sistemləri binanın hər kvadratmetrini nəzarət altında saxlamağa imkan verir. Eurodesign istifadəsi olduqca rahta və olduqca güvənilən olan Tibb Bacısı Çağırış sistemlərini quraşdırmışdır. Bundan Savayı Eurodesign IP telefoniya həllərini həmçinin rəqəmsal yönəltmə sistemlərini təqdim etmişdir.

Eurodesign layihəni müəyyən edilmiş büdcə çərçivəsində və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirməyə nail olmuşdur.

Daha bir uğurlu layihə, daha bir məmnun müştəri!

Bizi İzləyin