Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt Tekfen

Səngəçal Terminalı

Tekfen Türkiyənin İstanbul şəhərində yerləşən Türk holdinqidir. Şirkətin törəmə müəssisələri elektrik stansiyaları, hava limanları, yanacaqdoldurma məntəqələri və dəmir yollarının inşası da daxil olmaqla tikinti fəaliyyəti ilə məşğuldur. Tekfen öz fəaliyyətini əsasən Türkiyədə, Müstəqil Dövlətlər Birliyində, eləcə də Yaxın Şərq, Şimali Afrika və Avropa ölkələrində həyata keçirir.

Azərbaycan Neftinin İlkin Nəqli Layihəsinin məqsədi Xəzər dənizinin Günəşli və Çıraq yataqlarından xam nefti Bakıdan təqribən 50 km cənubda yerləşən Səngəçal Terminalına nəql etməkdən ibarətdir.

Biz Tekfen şirkətinin Səngəçal Terminalındakı ofisində Wi-Fi şəbəkəsinin qurulması üçün ən yaxşı simsiz avadanlıqdan birini təchiz etdik. Bu texnologiyanın köməyi ilə bütün işçilər fayl serverlərindən, email xidmətlərindən və digər daxili resurslardan geniş istifadə imkanı yaradan Tekfen korporativ şəbəkəsinə qoşuldular.

Biz ərazini əhatə edən və 1000 nəfərə qədər istifadəçini İnternetə və fayl serverlərinə bağlayan 68 ədəd WI-FI Genişzolaqlı Əlçatma Nöqtəsi quraşdırdıq.

Avadanlıq vaxtında, smeta xərcləri daxilində və yüksək peşəkarlıq tələblərinə uyğun olaraq sınaqdan keçirildi və təhvil verildi.

Daha bir məmnun müştəri və daha bir uğurlu layihə!  

Bizi İzləyin