Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universiteti

İT İnfrastruktur

İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universiteti Rusiyanın səhiyyə sistemində aparıcı mövqelərə malikdir və dünyanın ən istedadlı tələbələrinə tam silsilə təhsil proqramlarını tədris edir.

Universitetin əsas fəaliyyət istiqaməti ilk növbədə insan sağlamlığının keşiyində duracaq yüksək ixtisaslı həkim-kadrların yetişdirilməsindən ibarətdir. Bundan yanaşı, universitetin mütəxəssisləri dünya miqyasında fundamental və klinik tədqiqatların aparılmasında, təhlükəli xəstəliklərlə səmərəli mübarizədə, peşəkar tibbi yardımın təşkili və həyata keçirilməsində də iştirak edirlər. 

İ.M.Sechenov adına İlk Moskva Dövlət Tibb Universitetinin Bakı filialı üçün İT Xidmətlərinin layihələndirilməsi və quraşdırılması Eurodesign şirkətinə təklif edildi.
İşin həcmi İ.M.Sechenov adına İlk Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ixtiyarına yeni beşmərtəbəli bina verilmişdir. Layihənin həcmi iki əsas fazadan ibarətdir:

Faza 1: Əsas infrastruktur

  • Kabel infrastrukturu, Verilənlər və Qapalı Televiziya Sistemi (CCTV)
  • Server və yaddaş infrastrukturu
  • Şəbəkəqurma və IP Telefoniyası
  • CCTV

Faza 2: İT və təhsil cihazları:

  • Kompüterlər və printerlər
  • Proyektorlar və vizuallaşdırmalar
  • Veb-kameralar və səs sistemləri

Eurodesign şirkəti CISCO, Hikvision, HP, Samsung və digər şirkətlərin ən yaxşı həllərini tədarük etdi və quraşdırdı.

Bütün İT infrastrukturu vaxtında, smeta xərcləri daxilində və beynəlxalq standartlara uyğun olaraq sınaqdan keçirildi və təhvil verildi.

Daha bir məmnun müştəri və daha bir uğurlu layihə!  

Bizi İzləyin