Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt ARDNF

Proqram təminatının lisenziyalaşdırılması

Dövlət Neft Fondu Azərbaycanda neft-qaz sazişlərinin icrasından əldə olunan gəlirlərin toplandığı, idarə olunduğu və gələcək nəsillər üçün ehtiyatda saxlanıldığı xüsusi təyinatlı dövlət müəssisəsidir.

ARDNF-nin missiyası karbohidrogen ehtiyatlarını indiki və gələcək nəsillər üçün daimi gəlir formalaşdıran maliyyə aktivlərinə çevirmək, strateji cəhətdən vacib infrastrukturu və ölkə miqyaslı sosial layihələri maliyyələşdirmək, habelə təbii sərvətlərin birgə kəşfiyyatına dair beynəlxalq sazişlərdə ölkənin iştirakını təmin etməkdən ibarətdir.
2016-cı ilin martında ARDNF Oracle lisenziyaları üçün tender keçirtdi. Çatdırılma və qiymət baxımından ən yaxşı təklif verən Eurodesign şirkəti tenderin qalibi oldu və Dövlət Neft Fondunu proqram təminatı lisenziyaları (1 il - 70 istifadəçi) ilə təmin etmək imkanını qazandı.

Oracle Lisenziyası haqqında:

Lisenziya proqram təminatına sahiblik üçün yox, ondan istifadə etmək üçün verilən hüquqdur (RTU). Əgər lisenziyanız varsa, siz istənilən vasitələrlə proqram təminatı daşıyıcısının surətini sonuncu layihənizin CD-lərindən çıxara, yükləyə və s. şəkildə istifadə edə bilərsiniz.
Qeyd etmək lazımdır ki, Oracle proqram təminatı açarlarından istifadə etmir. Siz sadəcə proqram təminatını quraşdıra və ondan istifadə edə bilərsiniz. Proqram təminatını istifadə etməzdən qabaq onun lisenziyasını almaq artıq sizdən və sizin vicdanınızdan asılıdır.
Oracle Standart Versiyası və Oracle Real Tətbiq Klasterləri (Oracle RAC)
Klasterli server mühitində Oracle Real Tətbiq Klasterləri ilə istifadə olunduqda, Oracle Verilənlər Bazasının Standart Versiyası Oracle Clasterware proqramının istifadəsini tələb edir. Clasterware proqramı üçün üçüncü tərəfin idarəetmə həlləri dəstəklənmir.

Oracle Real Tətbiq Klasterlərindən istifadə  etdikdə, Oracle artırılmış təhlükəsizlik funksiyaları SSL/TLS daxil edilir.
Standart Versiya üçün lisenziya məhdudiyyətlərinə riayət olunmalıdır. CPU-ların maksimum sayı bütün klaster üçün müəyyən edilir; bu hər qovşaq üçün maksimum deyil.
Bütün verilənlər bazası ilə bağlı faylları idarə etmək üçün Avtomatik Yaddaş Menecmentindən (ASM) istifadə olunmalıdır. Üçüncü tərəfin cild menecerləri və fayl sistemləri bu məqsəd üçün dəstəklənmir. Aşağıdakıların yadda saxlanması üçün ASM tələb olunur:

  • Verilənlər bazasının məlumat faylları
  • Onlayn jurnalları
  • Arxiv jurnalları
  • Nəzarət faylları
  • Server parametri faylları (spfiles)
  • Ani Bərpa Sahəsi

Daha bir məmnun müştəri və daha bir uğurlu layihə!

Bizi İzləyin