Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt “Bakı Gəmiqayırma Zavodu” MMC

İntellektual video-müşahidə sistemi

Eurodesign şirkəti 620,000 kvadrat metr sahəni əhatə edən Bakı Gəmiqayırma Zavodunda video-müşahidə sisteminin layihələndirilməsinə və quraşdırılmasına dəvət olundu.

Bakı Gəmiqayırma Zavodunun əsas fəaliyyəti dəniz dəstək gəmilərindən tutmuş ümumi yük gəmiləri, yedəklər, kran gəmiləri, ixtisaslaşdırılmış gəmilər və sərnişin gəmiləri daxil olmaqla tankerlərədək müxtəlif tipli gəmilər inşa etməkdən ibarətdir. Zavod həmçinin gəmilərin təmiri və yenidən qurulması işlərini də öhdəsinə götürür.

Layihəyə ərazi vizual müşahidəsi ilə start verildi. Hərəkət planı və video-müşahidə kameralarının paylanma modeli işlənib hazırlandıqdan dərhal sonra montaj işlərinə başlanıldı. Bütün montaj işləri yüksək keyfiyyətlə və iki həftə ərzində başa çatdırıldı.
Bütün infrastruktur vaxtında, smeta xərcləri daxilində və beynəlxalq standartlara uyğun olaraq sınaqdan keçirildi və təhvil verildi.

Daha bir məmnun müştəri və daha bir uğurlu layihə!  

Bizi İzləyin