Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt Ata Sigorta

Şəbəkəqurma Xidmətləri

Eurodesign şirkəti AtaSığorta ASC-da telekommunikasiya əməliyyatları üçün xidmətləri yerləşdirib istifadəyə təhvil verdi. Qarşılıqlı etibara əsaslanan münasibətlər zəminində biz AtaSığorta-nın ATS sisteminə hal-hazırda da texniki xidmət göstəririk.

AtaSığorta ASC Azərbaycanın aparıcı sığorta şirkətlərindən biridir. Şirkət 2004-cü ildən bəri tamhüquqlu lisenziya əsasında sığorta fəaliyyətini həyata keçirir. Sığorta bazarında 10 ildən artıq təcrübəyə malik şirkətin ödənilmiş nizamnamə kapitalı 12,4 milyon AZN təşkil edir.

2008-ci ilin əvvəlində Eurodesign şirkəti AtaSığorta-da şəbəkə avadanlığının genişləndirilməsi və quraşdırılması üzrə tenderin qalibi olmuşdur. Təcrübəli mütəxəssislərdən ibarət komandamız AtaSığorta üçün şəbəkəqurma və telekommunikasiya əməliyyatlarına xidmət göstərir. 

Bütün quraşdırılmış şəbəkə avadanlığı vaxtında, smeta xərcləri daxilində və beynəlxalq standartlara uyğun olaraq sınaqdan keçirildi və təhvil verildi.

AtaHoldinq ilə qarşılıqlı etimada əsaslanan münasibətlər sayəsində Eurodesign əvvəlki kimi müştərinin ATS sisteminə texniki xidmət göstərir.

Bütün İT İnfrastrukturu vaxtında, smeta xərcləri daxilində və beynəlxalq standartlara uyğun olaraq sınaqdan keçirildi və təhvil verildi.

Portfelimizdə daha bir məmnun müştəri və daha bir uğurlu layihə!  

Bizi İzləyin