Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt Baku Şəhər Halqası Əməliyyat Şirkəti

Baku Şəhər Halqası - F1 Avropa Qran Prisi

Bir yarış ərzində12 terabayta yaxın verilən toplanır.

Bakı Şəhər Halqasının (Baku City Circuit) bütün texnoloji sistemlər və İT xidmətləri üzrə əsas tərəfdaşı kimi çıxış edən Eurodesign şirkəti ən son texnologiyalardan istifadə edərək yarışın FIA, FOM, habelə Bakı Şəhər Halqası mütəxəssisləri ilə birlikdə gündəlik nəzarət rejimində Avropa Qran Prisinə hazırlıq tədbirlərini həyata keçirən Tilke bürosunun tələblərinə tam uyğun olaraq ən yüksək səviyyədə keçirilməsini təmin edən effektiv, etibarlı və təhlükəsiz rəqəmsal mühit yaratmağa nail oldu.  

Sürət, güclü emosiyalar, həyəcan və innovasiyalar – Formula 1 yarışlarını müasir dövrün fenomenal hadisəsinə çevirən əsas xüsusiyyətlərdir. Uzun illər boyu, dostluq havasında Senna ilə Prost arasındakı keçən yarışlardan başlayaraq, bugünki liderlərədək, atəşli rəqabət içində aparılan mübarizə hər zaman böyük tamaşaçı kütlələrinin diqqətini cəlb edib. Dünyada 450 milyon insanın izlədiyi Formula 1 yarışlarının populyarlığı inanılmaz sürətlə artmaqda davam edir. Qalib ilə ikinci yer tutanın arasındakı fərq saniyənin ondaları ilə ölçülən belə bir idman növündə inkişafın istiqamətini böyük ölçüdə texnoloji effektivlik müəyyən edir. Yüksək səmərəli hesablamalar dövrünə qədəm basarkən, iri həcmli verilənləri ölçmək imkanlarının meydana gəlməsi innovativ texnologiyaların yaradılmasına yol açaraq həm yarışçılar, həm də tamaşaçıların imkanlarını əsaslı şəkildə artıra bildi. 

XXI əsrdə heç bir iri tədbir İT infrastrukturasız həyata keçirilə bilməz. Bu müddəa dünyada yüksək texnologiyalara ən çox söykənən idman növü olan Formula 1 üçün özəlliklə keçərlidir. İnfrastrukturanın qurulması, İT sistemlərinin idarəolunması və istismarının dəstəklənməsi Formula 1 Bakı mərhələsinin uğur qazanması üçün həlledici məqamlardan idi. Bakı Şəhər Halqası texnologiyalarının arxitekturası geniş spektrdə texniki və biznes tələbləri ilə fərqlənirdi.  İKT sistemi informasiya təhlükəsizliyi, maneəsiz giriş və aralıqsız müntəzəm işləmənin təmin olunması üzrə beynəlxalq standartlara cavab verməli idi.

Bakıda Formula 1 Avropa Qran Prisinin effektiv və etibarlı İT infrastrukturasını quraşdırdıqda Eurodesign şirkətinin mütəxəssisləri Bakı 2015 Birinci Avropa Olimpiya Oyunlarının hazırlıq işlərində qazandıqları nəhəng təcrübədən bəhrələndilərİdarəetmə həllərinin keyfiyyətinin artırılmasında, informasiya mənbələrinə fasiləsiz daxilolmanın təmin olunmasında, habelə aparat və proqram resurslarının cəmləşdirilərək virtuallaşdırılması hesabına İT infrastrukturadan istifadəetmə effektivliyinin artırılmasında müxtəlif tipli İT sistemlərinin inteqrasiyasının bütün aspektləri nəzərə alınmışdı.

Eurodesign öz texniki həllərində son texnologiyalarını tətbiq edir. Bu həllərinin tətbiq olunması sayəsində Bakı Şəhər Halqası trassasında müasir intellektual infrastruktura quruldu. Trassanın hesablama şəbəkəsinin əsasını multimedia məzmununun ötürülməsi üçün vacib olan etibarlılıq və yüksək səmərəliliyi təmin edən Cisco Catalyst 3850  ASR 1002-X təşkil edirdi. Cisco şirkətinin yüksək sıxlıqlı Wi-Fi şəbəkələri (High-Density Wi-Fi), o cümlədən, Cisco AP 2702 simsiz daxilolma nöqtələri, Cisco Wireless Controller 5520 simsiz şəbəkəni idarəetmə və nəzarət sistemi, habelə yüksək sıxlıqlı şəbəkələr üçün nəzərdə tutulmuş xüsusi antenalar aralıqsız simsiz rabitə təmin edirdi. Cisco Unified Communications Manager, habelə Cisco ISR 4431 səs şlüzlərindən istifadə olunaraq IP-telefoniya, kommunikasiya və birgə iş təmin olunduCisco-nun təqdim etdiyi son nəsil texnologiyalar, habelə yüksək səviyyəli servis Eurodesign şirkəti üçün yarışların effektiv və etibarlı virtual mühitini təmin etməyə zəmin yaratdı. 

Verilənlərin həcmi bütün sahələrdə, o cümlədən avtoidman sahəsində günü-gündən artmaqda davam edir. Söhbət iri həcmli verilən axınından gedir. Həmin verilənlər insanlara və şirkətlərə biznes proseslərini, ya da həyatın hər hansı sahəsini optimallaşdırmağa fürsət yaradır. Bunun bir misalı da Formula 1-dir. Bugün bir yarış ərzində 12 terabayta yaxın verilən toplanır. Həmin verilənlər təhlil edilir, nəticələr isə bolidin aerodinamikasının, əyləc sisteminin və s. təkmilləşdirilməsində istifadə olunur. Beləliklə, əldə edilən verilənlərdən ən səmərəli şəkildə bəhrələnən komanda qalib gəlir.

Trassada baş verənlərin şəffaflığının təmin edilməsi, bununla əlaqədar məlumatların toplanması üçün Bakı Şəhər Halqasında 39 ədəd yüksək çözümlülüklü IP kamera quraşdırılmışdı. Bu kameraların yaradıb ötürdüyü bütün məzmunlar yarışı idarəetmə binasında yerləşən vahid mərkəzdə cəmləşdirilirdi. Yarış müdiriyyəti trassada bütün baş verən hadisələrə 18 ədəd 55 düymlük yüksək çözümlülüklü professional LED ekranlardan qurulmuş videodivarda nəzarət edirdi. Videokameraların idarəolunması və kadrların təkrarlanması hər hansı kameranın ötürdüyü məzmunu və ya kadrların təkrarlanmasını videodivarın istənilən hissəsində əks etdirə bilən ən son proqram təminatı ilə həyata keçirilirdi. 

Əsas diqqət çəkən məqamlardan biri də yarışı idarə edən komanda üçün rabitənin təşkil olunmasıdır. Formula 1-də xüsusi marşal və yarışı idarəetmə rabitə sistemi tətbiq olunur. Bu sistem 10 qrup üzrə rabitə nəzərdə tutur, o cümlədən, flaq marşalları, trek marşalları, evakuasiya xidməti, xilasetmə xidməti, tibb və s. Bu məqsədlə Bakıda keçirilən Formula 1 Qran Prisində TETRA standartlı rabitənin rəqəmsal trakinq şəbəkəsi qurulmuşdu. Həmin şəbəkəyə TETRA standartında işləyən 1500 radiostansiya daxil idi. Eurodesign mütəxəssisləri qarşıya qoyulan vəzifələrin, o cümlədən, Formula 1-in keçirildiyi obyektlərdə radioelektron vasitələrin elektromaqnit uyğunluğunun təmin olunması, Formula 1 təşkilatçılarının və iştirakçılarının istifadə etdikləri radioelektron qurğulara qadağan olunmuş radiomaneələr törədən mənbələrin aşkarlanması, habelə yarışların hazırlıq və keçirilmə mərhələlərində radiotezlik spektrindən istifadə qaydalarının pozulma hallarının aşkarlanması və s. vəzifələrin öhdəsindən böyük ustalıqla gələ bildilər. 

Bakı Formula 1 Avropa Qran Prisinin son asfalt təbəqəsinə asfaltın termeraturunu, induksiya düyünlərini qeydə alan xüsusi sensorlar, habelə tayminq sistemi qurmaq üçün imkan yaradan, eləcə də statistika aparmağa kömək edən sürətölçən avadanlıq yerləşdirilmişdi. FOM (Formula One Management) tərəfindən təqdim olunan bütün bu atributika, o cümlədən, start işıqları və pit-leyn işıqforları sezon boyu yarışçılarla birlikdə səyahət edir. Eurodesign mütəxəssisləri tərəfindən eləcə də pit-leyn səsli siqnalizasiya sistemi və pit-stopa girən obyekt haqqında işıqlı siqnal verən sistem quraşdırılmışdı. 

Yarış trassasındakı elektronika sadəcə komandalar və marşallar üçün deyil, eləcə də tamaşaçılar üçün nəzərdə tutulub. Bakı Şəhər Halqasında yerləşən hər tribunada səs sistemləri quraşdırılmışdı. Bu sistemlər sayəsində Avropa Qran Prisinin qonaqları yarış vaxtı şərhlərə qulaq asa, habelə trassada baş verənlər barədə xəbər alırdılar. Səs sistemləri sadəcə tribunalarda deyil, eləcə də media mərkəzində də quraşdırılmışdı. Dünyanın bir çox ölkəsindən 400-dən çox jurnalistin işlədiyi media mərkəzində FIA-nın rəsmi mətbuat konfransları keçirilirdi.

Tamaşaçıların Formula 1 mühitinə tamamilə qərq olmalarını təmin etmək üçün tribunaların və Pit-Stopların qarşısında 15 ədəd yüksək çözümlülüklü, bəziləri 40-45 kvadrat metr olan nəhəng LED ekranlar quraşdırılmışdı.  Trassanın bütün obyektlərində Paddok klubunun qonaqları üçün, habelə FOM və FIA rəsmiləri, komandalar, media mənsubları və idman şərhçiləri üçün yarışın FOM tərəfindən təşkil olunmuş birbaşa translyasiyasını nümayiş etdirən televiziya sistemi quraşdırılmışdıTranslyasiya 350 ədəd 40 düymlük yüksək çözümlülüklü ekrandan nümayiş etdirilirdi.

Eurodesign şirkəti həmçinin Bakı Şəhər Halqasının www.bakucitycircuit.com rəsmi saytının yaradılması, dəstəklənməsi və onun mümkün kiberhücumlardan qorunmasını öz öhdəsinə aldı. Yarış günlərində bu İnternet resursunun rəngarəng, intuitiv səviyyədə qavranabilən və funksional interfeysi üzərindən istifadəçilərə aktual məlumat, son xəbərlər və yarış cədvəli təqdim olunurdu. 

Bizi İzləyin