Təklif etdiyimiz

Həllər və xidmətlər

‹‹ Xidmətlərə qayıt

Konsaltinq xidmətləri

Konsaltınq sahəsinə aid təkliflərimiz IT infrastrukturanın quruluşu, avtomatlaşdırması və optimallaşdırılması ilə bağlı xidmətlərin olduqca geniş spektrini nəzərdə tutur. Ekspertlərimizin bacarıq və səriştələri müxtəlif sahələrdə fəaliyyət güstərən şirkətlərin sifarişlərini yerinə yetirərkən qazandıqları təcrübəyə söykənir. Müştəri şirkətin problemlərini aşkarlamaq məqsədilə EURODESIGN IT auditləri həyata keçirir və nəticələrə əsaslanaraq müvafiq tövsiyələr hazırlayır. Həmin nəticələrdən asılı olaraq EURODESIGN mütəxəssisləri müştəri şirkətə biznes proseslərinin, IT fəaliyyətinin aralıqsız davam etməsində, IT infrastrukturanın və bura daxil olan bütün sistemlərin səmərəliliyinin artırılmasında, kompleks infrastrukturanın inkişafına ayrılmış xərclərinin azaldılmasında, habelə IT sahəsinin restrukturizasiyasının layihələşdirməsində və investisiyaların qaytarılmasının təmin edilməsində köməklik edə bilər. EURODESIGN ekspertləri həmçinin müxtəlif IT sahələri üzrə xüsusi konsaltinq xidmətləri təqdim edirlər

Texniki audit müəssisənin elmi-texnoloji, istehsal və təşkilati-idarəetmə potensialını kompleks şəkildə araşdırmaq üçün həyata keçirilir. Texniki audit bu potensialın güclü və zəif tərəflərinin aşkarlanmasına kömək etməyə kömək edən bir sıra meyarların əsasında aparılır. Əldə olunan nəticələrin əsasında müəssisə üçün məhsuldarlığın və rəqabət gücünün artırılması, əməliyyat xərclərinin azaldılmasına yönəldilmiş strategiya formalaşdırılır. Texniki audit texnoloji riskləri ölçür və ətraf mühitə nəzarəti təmin edir, çünki bütün bunlar kritik biznes prosesləri üçün son dərəcə mühüm amillərdir. EURODESIGN şirkətinin texniki audit sahəsində əldə etdiyi bilik və təcrübələr həmin proseslərin bütövlüyünü, etibarlılığını və səmərəliliyini təmin etəmə kömək edir. Bizim tətbiq etdiyimiz yanaşma üsulu ilə müştərilərimiz daha effektiv texnologiyalara sahiblənirlər.
Son illər ərzində layihə menecmentinin və layihələri idarəetmə metodologiyaları biznesin müxtəlif sahələrində fövqəladə populyarlıq qazanıb. Layihə menecmenti işgüzar fəaliyyətin bütün sahələrində geniş şəkildə istifadə olunan güclü idarəetmə metodologiyasına çevrilib. Biz hesab edirik ki, lahiyə menecmentinin onu dünyada ən çox tətbiq olunan idarəetmə metodologiyasına çevirən iki əsas xüsusiyyəti var. Bunlardan biri, biznes proseslərinin maksimal dərəcədə səmərəli təşkil olunması, digəri isə, bu metodologiyanın idarəetmə sisteminin yenidən təşkil edilməsi üçün ideal olmasıdır. Mürəkkəb iqtisadi şəraitdə xarici və daxili dəyişikliklərə çevik və adekvat cavab vermək qabiliyyəti şirkətin uğurunu şərtləndirən əsas amillərdən biridir. Bunu nəzərə aldıqda, layihə menecmentinin istifadə olunması nəinki şirkətin biznes proseslərini təkmilləşdirir, şirkətin ümumiyyətlə gələcək taleini müəyyənləşdirir. Məhz buna görə, EURODESIGN layihə menecmenti alətlərini bütün növ şirkətlərdə idarəetmə sisteminin səmərəliliyinin artırılması üçün əvəzedilməz vasitə kimi qəbul edir. Bizim bu istiqamətdəki konsaltinq üzrə xidmətlərimiz islahat layihələrinin idarəedilməsinin formalaşdırılmasına, şirkətin bütün əsas və ikinci dərəcəli biznes proseslərin layihəyə və layihə alətlərinə faydalığı baxımından dəyərləndirilməsinə yönəlib EURODESIGN mütəxəssisləri təkçə layihələri idarə etməklə kifayətlənmirlər, onlar eyni zamanda şirkətinizin əməkdaşları üçün müvafiq təlim keçirirlər.
Sistemli şəkildə inteqrasiya olunmuş şirkət infrastrukturası əsas biznes sistemləri və prosesləri arasındakı maksimal dərəcədə sürətli qarşılıqlı əlaqəni təmin edir, IT sistemlərinin biznes vəzifələrinin həllində səmərəliliyini artırır, yeni sistem və proseslərin tətbiq olunmasını asanlaşdırır. İnformasiya sistemlərinin inteqrasiyası istənilən səviyyəli korporativ verilənlərlə işin təşkil olunmasını təmin edir, itki və xətaların qarşısını alır, verilənlərin mühafizə edir, şirkətin informasiya məkanına vahid giriş nöqtəsi yaradır. EURODESIGN həlləri təşkilatınız üçün vahid informasiya sistemi yaradaraq IT infrastrukturanızın müxtəlif komponentləri arasındakı məlumat mübadiləsində baş verə biləcək hər hansı xətaların sayını azaldacaq.

Bizi İzləyin