Təklif etdiyimiz

Həllər və xidmətlər

‹‹ Xidmətlərə qayıt

«Ağıllı ev» sistemi

«Ağıllı ev» texnologiyası daxili məkanlardakı avadanlığın avtomatlaşdırma və intellektual idarəetmə sistemlərini özündə birləşdirir. İstifadədə və montajda son dərəcə rahat, funksional qurğular dəsti evinizin maksimal təhlükəsizliyini, rahatlığını və estetikliyini, enerji resurslarına qənaət edilməsini, nəticə olaraq aşağı istehlak xərclərini təmin edir. EURODESIGN sizə «Ağıllı ev» layihəsini açar təhvili üsulu ilə təklif edir. Kompleks avadanlığın quraşdırılmasından sonra siz işıqlandırma, isitmə, kondisionerləşdirmə, habelə jalüz, pəncərə örtükləri, siqnalizasiya, ev kinoteatrının uzaqdan idarəedilməsi və sair texniki imkanlardan faydalana biləcəksiniz. Bizim təqdim etdiyimiz həllər kompüter şəbəkəsinin, o cümlədən, Wi-Fi, İnternetə qoşulma, IP-telefoniyanın qurulmasını, şəbəkə saxlanclarını, web-serverlərini, mobil qurğu və daşınabilən panellərlə rabitənin qurulmasını nəzərdə tutur. Ağıllı evin qurulmasında əsas prinsiplərdən biri təhlükəsizlikdir. Ətraf-mühitin vəziyyətini bildirən sensorların və ya texnikaya nəzarət edən cihazlarla, mühəndislik, yanğın mühafizə qurğuları və siqnalizasiya ilə evinizin təhlükəsizliyini təmin edirik. Müasir texnologiyalar sayəsində «Ağıllı ev»i noutbuk, smartfon, yada planşet vasitəsilə idarə etmək mümkündür.

Bizi İzləyin