Son

Xəbərlər

‹‹ Xəbərlərə qayıt 13 noyabr 2020

Eurodesign “Kommersiya tərəfdaşı” mükafatına layiq görülüb

Eurodesign bu il keçirilən sayca 25-ci “Cisco Partner Summit Digital 2020 EMEAR Central Theater Award” tədbirində “Thearter/Area Award” üzrə qalib olub.

About us

Eurodesign şirkəti dünya texnologiya lideri CISCO tərəfindən növbəti dəfə mükafata layiq görülüb. Şirkət bu il keçirilən sayca 25-ci “Cisco Partner Summit Digital 2020 EMEAR Central Theater Award” tədbirində “Thearter/Area Award” üzrə qalib olub.

152 ölkədən, 11 000 tərəfdaşın qatıldığı builki sammitdə Eurodesign 2020-ci ilin “Kommersiya tərəfdaşı” nominasiyası üzrə mükafata layiq görülüb.

Beynəlxalq tərəfdaşlıqlarını daim genişləndirən və müstərilərinə çoxşaxəli İT xidmətlər təklif edən şirkət daha öncə də CISCO tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Eurodesign 20 ildən artıqdır ki,  İT xidmətlərin göstərilməsi, sistem inteqrasiyası, İT konsaltinq və layihələrin idarə edilməsi sahəsində ixtisaslaşıb. Proqram təminatı, autsorsinq və konsaltinq xidmətləri bazarında çoxillik təcrübəyə malik olan şirkət biznesi idarəetmə sisteminin inteqrasiyası, mobil və ya web tətbiqlərin yaradılması, şəbəkəqurma, təhlükəsizlik sistemləri kimi xidmətləri də təklif edir. Eurodesign Cisco, Microsoft, Oracle, IBM, Siemens AG, HPE, Huawei, AVAYA və bunun kimi proqram və aparat təminatı istehsal edən dünyanın bir çox aparıcı şirkəti ilə əməkdaşlıq edir.

Bizi İzləyin