Son

Xəbərlər

‹‹ Xəbərlərə qayıt 01 sentyabr 2020

CISCO-nun ali tərəfdaşlıq statusunu əldə edik

Eurodesign mütəxəssislərinin peşəkarlığı CISCO tərəfindən növbəti dəfə təsdiqləndi

About us

Müştərilərinə hər zaman ən müasir İT xidmətlər və həll üsulları təklif edən “Eurodesign” informasiya texnologiyaları sahəsində dünya lideri “CISCO” şirkəti tərəfindən sertifikatlarla təltif olunub.

 “Advanced Security Architecture Specialized Partner” (Qabaqcıl Təhlükəsizlik Memarlığı üzrə İxtisaslı Tərəfdaş) və “Advanced Service Provider Technology Specialized Partner” (“Qabaqcıl Xidmət Təminatçısı Texnologiyası üzrə İxtisaslı Tərəfdaş) beynəlxalq dərəcəli sertifikatlar yüksək səviyyədə təhlükəsizlik təminatının və texniki təcrübənin göstəricisidir. Bu serifikatlar şirkətə güclü rəqabət üsünlüyü qazandırmaqla bərabər, müştərilərə iş ehtiyaclarına görə daha inkişaf etmiş həllər təqdim etməyə imkan verir.

Qeyd edək ki, “Eurodesign” daha öncə EMEAR Emerging regionu üzrə “İnnnovativ həllər sahəsində ilin ən yaxşı tərəfdaşı” (“Cisco Solution Innovation Partner of the Year”) mükafatına layiq görülüb.

“Eurodesign” 20 ildən artıqdır ki,  İT xidmətlərin göstərilməsi, sistem inteqrasiyası, İT konsaltinq və layihələrin idarə edilməsi sahəsində ixtisaslaşıb. Proqram təminatı, autsorsinq və konsaltinq xidmətləri bazarında çoxillik təcrübəyə malik olan şirkət biznesi idarəetmə sisteminin inteqrasiyası, mobil və ya web tətbiqlərin yaradılması, şəbəkəqurma, təhlükəsizlik sistemləri kimi xidmətləri də təklif edir. “Eurodesign” Cisco, Microsoft, Oracle, IBM, Siemens AG, HPE, Huawei, AVAYA və bunun kimi proqram və aparat təminatı istehsal edən dünyanın bir çox aparıcı şirkəti ilə əməkdaşlıq edir.

 

Bizi İzləyin