Son

Xəbərlər

‹‹ Xəbərlərə qayıt 23 fevral 2018

Bakıda Cisco şirkətinin informasiya təhlükəsizliyi sahəsində həlləri ilə bağlı seminar keçirildi

Eurodesign, in conjunction with Gulfstream Distributor and Cisco, has held a seminar focusing on Cisco Cyber Security solutions

About us

Fevralın 21-də Eurodesign şirkəti Gulfstream distribütor şirkəti və Cisco şirkəti ilə birgə Cisco şirkətinin informasiya təhlükəsizliyi sahəsində həllərinə həsr olunmuş seminar keçirdi.  Cisco şirkətinin təhlükəsizlik sahəsində mütəxəssisi olan Pavel Radionov 2017-ci ildə baş vermiş kiber hücümların əsas tendensiyaları barədə danışaraq, onların həyata keçirilməsi metodlarından və vurduğu zərərdən bəhs etdi, eləcə də auditoriyanı yönəldilmiş hücumların qarşısını almağa kömək edən alətlərlə tanış etdi. Məruzəçi Cisco Firepower şəbəkələrarası ekranların yeni xəttini, StealthWatch mobil şəbəkələrinin mühafizəsi üçün həlli, eləcə də Umbrella internet təhlükəsizliyinin bulud şlyuzunu ehtiva edən təklifin əsas elementlərini açıqlayaraq, müəssisələrdə etibarlı təhlükəsizlik sisteminin qurulması üçün vendor arxitekturasını təqdim etdi. 



Tədbir yerli şirkətlərin nümayəndələrini, informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri və İT-direktorları bir araya gətirdi. Seminar başa çatdıqdan sonra iştirakçılar məruzəçiyə onları maraqlandıran sualları ünvanlamaq və Eurodesign şirkəti tərəfindən elan edilmiş promo-kampaniya  barədə öyrənmək imkanı əldə etdilər.

Bizi İzləyin