Son

Xəbərlər

‹‹ Xəbərlərə qayıt 07 sentyabr 2016

“Formula-1” Azərbaycanın paytaxtında: Axis ilə hər kadr nəzarət altında

“Formula 1” Qran Pri yarışında istifadə edilən videomüşahidə sisteminin əsasını Axis şəbəkə kameraları (IP kameralar) təşkil edir.

About us

Missiya

2016-cı ilin iyun ayında Bakıda birinci dəfə idi ki, “Formula 1” üzrə dünya çempionatı çərçivəsində  Qran-Pri yarışları keçirilirdi. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) və “Formula One Management Limited” şirkətinin  tələblərinə uyğun olaraq Qran-Pri yarışlarının təşkilatçısı olan “Bakı Şəhər Halqası”  (“Baku City Circuit”) şirkəti yarış prosesinə birbaşa nəzarəti təmin etmək üçün rəqəmsal videomüşahidə sistemi quraşdırmalı idi. Sistemin video kameralarından daxil olan video canlı yayımda nümayiş etdirilməklə yanaşı arxivdə də saxlanmalı idi. 


Məsələnin həlli


Layihə çərçivəsində quraşdırma işlərini öz üzərinə götürmüş şirkətin mütəxəssisləri halqanın müxtəlif hissələrində, o cümlədən trekin özündə, avtomobillərin yarış zamanı trekdən kənara çıxması üçün zolaqlarda pit yolunda 39 ədəd AXISQ6044-E model şəbəkə kamerası quraşdırdı. Bu model növbəti tələblərin yerinə yetirilməsinə imkan verdiyi üçün  seçilmişdir: videoların IP protokolu vasitəsi ilə ötürülə bilməsi, yüksək dəqiqlik, rəngli təsvir, həm optik həm də rəqəmsal zum (böyütmə), təsvirin rəqəmsal müstəvidə stabilləşdirilməsi, günbəzvari konstruksiya, açıq hava şəraitində istifadə imkanı. Bundan başqa, Q6044-E modelinin bəzi funksional cəhətləri (məlumatların prosessor tərəfindən sürətlə emalı, təsvirin kodlaşdırılmasının yüksək sürətlə həyata keçirilməsi və rəzənin (“zatvor”) avtomatik işə düşməsi) sayəsində məlumatların IP şəbəkəsi vasitəsi ilə ötürülməsi zamanı meydana gələn gecikmələrin müddəti xeyli azalır.  

Nəticə


Quraşdırılmış videokameralar yarışların keçirildiyi həftə sonu ərzində özünü doğrulda bildi. Video-təsvirlər iki video axını kanalı ilə yarışlara nəzarət otağındakı ekrana və rəqəmsal video arxivinə ötürülürdü. Üçüncü axın ilə ötürülən məlumatlar isə analoq siqnallarına çevrilərək FIA əməkdaşlarına təqdim olunurdu. Təşkilatçı şirkət bu infrastrukturdan Bakıda keçiriləcək növbəti  “Formula 1” Qran-Pri yarışlarının ən azı digər dördündə də istifadə etmək istəyir. 

“Tender sənədlərinin tələblərinə görə, Bakıdakı “Formula 1” halqasında quraşdırılacaq bütün videomüşahidə sistemləri IP protokolu əsasında işləməlidir. Axis kameralarının analoq kameralardan üstünlüyü sadəcə təsvirlərin daha dəqiq olması və ümumilikdə çəkilişin keyfiyyəti,  inteqrasiya olunmuş PTZ nəzarət sistemi, PoE texnologiyası, asan adaptasiya olunan və iqtisadi baxımdan sərfəli infrastruktur, etibarlılıq kimi cəhətlərdən ibarət deyil. Axis kameralarının şəbəkə texnologiyası onların rəqəmsal video arxivləri,  kənar təşkilatların xüsusi təyinatlı  proqram təminatları, videomüşahidə sistemimizin vahid IP şəbəkəsi kimi  digər IP layihə və sistemləri ilə inteqrasiyasına imkan verir.”

Rövşən Əhmədov, “Eurodesign” şirkətinin texnoloji direktoru




“Günbəzvari PTZ-Kamera” layihəsi çərçivəsində istifadə ediləcək  AXIS Q6044-Е şəbəkə kameraları  - 30 dəfə böyütmə, geniş görünüş sahəsi, panorama funksiyasının və maillik dərəcələrinin sürətlə idarə olunması imkanı, çəkilişlərin  HDTV (720p) formatında aparılması. Şəhər küçələrində, eləcə də vağzal, hava limanı, stadion kimi obyektlərdə istifadə üçün layihələndirilmişdir. Kamera küləkli havada da təsvirin dəqiqliyini qoruyub saxlamaqla yanaşı, video fayllarının ölçülərini kiçildən və nəticədə informasiya şəbəkəsini yükləyərək onun məlumat ötürmə  qabiliyyətini azaltmayan, məlumat yığıcılarını da çox yükləməyən  elektron təsvir stabilləşdirməsi sistemi ilə təchiz edilmişdir.

AXIS Q6044-E modelinin üstün cəhətləri təhlükəsizlik xidməti işçilərinin dövrə marşrutları boyunca görünüş sahəsinin bölündüyü   256 sektordan hər hansı birinə  avtomatik olaraq  istiqamətlənməsi, quraşdırıldığı səviyyənin üfüq xəttindən 20 dərəcə yuxarı əyilməsi sayəsində görünüş sahəsinin artırılması imkanından ibarətdir. Kameraya elektrik cərəyanı High Power over Ethernet texnologiyası ilə verilir və nəticədə  quraşdırılma işləri xeyli asanlaşır,  quraşdırma üçün daha az kabel lazım olur.  

Axis cihazının tətbiq xüsusiyyətləri


AXIS Q6044-E şəbəkə kameraları əsasında formalaşdırılan videomüşahidə sistemi Bakının “Formula 1” halqasının treki boyunca bütün zonaları nəzarət altında saxlamağa imkan verən  tam funksional IP layihəsi hesab edilə bilər. 39 günbəzvarı konstruksiyalı kamera halqanın perimetri boyunca dirəklərdə quraşdırılmış, iki məntiq dövrəsi şəklində birləşdirilmiş kommutatorlara qoşulmuşdur ki, bu da şəbəkənin etibarlılığını daha da artırır. Şəbəkə qurğuları rəqəmsal video arxivi, videoekranı (“videdivarı” idarə edən proqram təminatına və bütün videomüşahidə sistemini əhatə edən vahid IP şəbəkəsi  ilə inteqrasiya olunmuşdur. MJPEG formatlı video-təsvirlərin bir axını operator stansiyalarında quraşdırılmış “ Milestone XProtect Small Wall” proqram təminatı vasitəsi ilə real vaxt rejimində yarışları idarəetmə mərkəzinin video-divarında göstərilir. Həmin video-divar 18 ədəd 55 düym (223 sm) diametrli LED ekrandan ibarətdir.


PTZ kameralarının funksiyaları (minimal optik böyütmə - 20 dəfə; rəqəmsal böyütmə - 10 dəfə) “Milestone XProtect SmartClient” proqram təminatının quraşdırıldığı operator stansiyalarına qoşulmuş  AXIS Control Board T8310 qolları (“Coystik”) ilə idarə olunur. Təsvir monitorlarda canlı yayım rejimində və keyfiyyəti itmədən (təsvir dəqiqliyi: HD, 24 fps) göstərilir. Yarış rəhbəri bütün halqanı görə bilir, insidentləri yarışda baş verən digər hadisələri analiz edə bilir, pilotlarla əlaqədar tənzimləyici tədbirlər həyata keçirə bilir və s.


H.264 formatlı ikinci video axını “Milestone XProtect” proqramı vasitəsi ilə EMC rəqəmsal  video arxivinə qeyd edilir. Arxivin tutumu bütün kameralardan ən az 3 sutka ərzində daxil ola biləcək  təsvirləri saxlamağa lazım gələrsə onları video-divara ötürməyə imkan verir.  


H.264 formatlı üçüncü təsvir axını hər bir videokameradan daxil olan siqnalları analoq formasında FIA əməkdaşlarına  təqdim etmək üçün istifadə olunur. Rəqəmsal siqnal  analoq siqnalına AXIS P7701 dekoderləri vasitəsi ilə  çevrilir.  

Bizi İzləyin