Ətraf mühit

siyasəti

Eko Siyasət

Azərbaycan Respublikasının bütün ərazisində fəaliyyət göstərən Eurodesign CSC telekommunikasiya sahəsində mühəndislik xidmətləri göstərən şirkətdir. Layihələrimizitərtib etdiyimiz, planlaşdırdığımız və həyata keçirdiyimiz zamanbiz həmişə ekoloji mühafizə və ətraf mühitinqorunmasınatəminat verən tərzdə fəaliyyət göstərməyə çalışırıq.

Bu məqsədlə,şirkətin Baş direktoru və əməkdaşları daim təkmilləşdirilməyə, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına vəətraf mühitin mühafizəsi haqqında müvafiq qanunvericiliyin və normalarıntələblərinə riayət edilməsinəsadiqdirlər.

Şirkətin həyata keçirdiyi əməliyyatların ekoloji aspektləri baxımından müəyyən edilmiş məqsədlərə və hədəflərə uyğun olmasını təmin etmək üçün Ətraf Mühitin Mühafizəsi Sahəsində Siyasət vaxtaşırı olaraq nəzərdən keçiriləcəkdir.

İdarə Heyəti bu siyasəti öz işçilərinin və subpodratçılarının nəzərinə çatdıracaq və onun asan başa düşülən olmasını təmin etməyə çalışacaqdır.

Siyasətin məqsədləri aşağıdakılardır:

  • Resursların israfını və səmərəsiz istehlakını azaltmaq.
  • Çirkləndirmə hallarını minimuma endirmək və ya aradan qaldırmaq.
  • Ekoloji məsələlərin müntəzəm olaraq nəzərdənkeçirilməsini təmin etmək.
  • Problemli sahələrlə bağlı bütün səviyyələrdə əks əlaqəni və yeni təşəbbüsləri təşkil etmək və həvəsləndirmək.
  • Şirkətimizin bütün işçiləri və subpodratçılar üçün lazımi səviyyədə təlimkeçirilməsini təmin etmək.

Ətraf mühit üçün zərərsiz olan iş və materialların emal üsullarındanistifadə olunmasına nail olmaq üçünEurodesign CSC fəaliyyətin hər bir mərhələsində müştərilər və digər maraqlı tərəflərlə məsləhətləşməyə və əməkdaşlıq etməyə çalışacaqdır.

Eurodesign CSC öz subpodratçılarını və təchizatçılarını oxşar siyasət və məqsədləri qəbul etməyə həvəsləndirəcəkdir.

Teymur Tağıyev
Baş Direktor
İyul, 2016