Back

Səs və kabel infrastrukturunun genişləndirməsi

Müştəri: BP

 

BP dünyanın ən böyük neft və qaz şirkətlərindən biridir. BP 1992-ci ilin iyun ayında Azərbaycana gələrək Bakıda ilk ofisini açıb. İki il sonra BP və beynəlxalq neft şirkətlərindən ibarət konsorsium Azərbaycan hökuməti ilə müqavilə imzaladı. Bu gün BP-nin Azərbaycandakı nümayəndəsi şirkətin neft və qaz hasilatı və nəqli üzrə əsas qlobal istehsal mərkəzlərindən biridir.

 

 

 

Biznes çağırışları

 

BP Azərbaycan 2005-ci ildə əhəmiyyətli dərəcədə böyüdü. BP-nin qarşısında duran əsas çağırış Bakıdakı "Landmark Building"də yerləşən ofisin sahəsini çox qısa zaman ərzində və gündəlik əməliyyat fəaliyyətinə heç bir maneə törətmədən genişləndirmək idi. Ofis ərazisinin genişlənməsi, eyni zamanda İT infrastrukturunun genişlənməsi deməkdir. Genişləndirilmiş ərazidə çox qısa müddət ərzində yeni avadanlıqların quraşdırılması və inteqrasiyası tələb olunurdu.

 

decoration element
decoration element

Biznes dəyəri

ED şirkəti tərəfindən tətbiq edilən həll “BP Azerbaijan”a aşağıdakı məqsədlərə çatmaqla biznes dəyərini artırmağa imkan yaratdı:

1. Genişləndirilmiş İT infrastrukturunu istifadəyə hazırladı.

2. İşçilər gecikmə olmadan genişlənmiş ofislərə keçdi.

3. Fəaliyyət kəsintisiz davam etdi.

 

Texnologiyalar

Siemens, AMP