LVS ekspert

Elman Hüseynzadə

əssisələr və kiçik biznes sahələri, çoxşaxəli idman tədbirləri və neft-qaz sənayesi üçün aşağı gərginlikli həllərin bütün aspektlərini təmin etmək üzrə məsul təcrübəli mütəxəssisdir.

O, bir çox böyük layihələrdə özünü peşəkar şəkildə sübut edib. Məsələn, Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıqda məlumat mübadiləsi sisteminin inkişafı, 6 min abunəçi üçün 48 ötürücü qovşaq və 11 avtomatik telefon qovşağının istismara verilməsi, MCCI (“McDermott”) istehsal sahəsi və ofis binaları üçün fiber optik kabel əsasında ofis avtomatik telefon stansiyaları şəbəkəsinin yaradılması, BTC (Bakı-Tbilisi-Ceyhan) boru kəmərinin səs şəbəkəsinin genişləndirilməsi layihəsinin həyata keçirilməsi, Azərbaycanda 3 yeni ATS və Gürcüstanda 2 yeni ATS -in açılması, F1 "Baku Street Race 2016", Birinci Avropa Oyunları Bakı-2015 üçün fiber-optik və mis kabel infrastrukturunun dizaynı, BP Azərbaycanın (British Petrolium) baş biznes mərkəzinin 15 mərtəbəli binasında səsli rabitə və təhlükəsizlik sistemlərinin qurulması, həmçinin BP Azərbaycan üçün Səngəçal terminal yaşayış məntəqəsində fiber-optik və mis strukturlu kabel və səs şəbəkəsinin layihələndirilməsi və tətbiqi ilə məşğul olur.