Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt Unibank

İnformasiya Təhlükəsizliyi Həlləri

Unibank Azərbaycanın ən böyük özəl banklarından biridir. Bankın beynəlxalq standartlara uyğun olaraq hesablanmış məcmu kapitalı 65 milyon AZN-dir. 2002-ci ildə yaradılmış Unibank öz müştəriləri ilə etibara əsaslanan münasibət qurmağa nail olub.

Unibank rəhbərliyi şəbəkənin işləmə sürətini aşağı salmadan təhlükəsiz və etibarlı yerli şəbəkə yaratmağı nəzərdə tutmuşdu. Bizim ixtisaslı texniklərimiz banka Symantec - ən optimal təhlükəsizlik həllini təklif etdilər. Unibankın tələblərinə tam cavab verən Symantec yerli şəbəkədə əsas müdafiə xəttidir. 

Symantec Yekun Nöqtə Təhlükəsizliyi, Elektron Məktub Təhlükəsizliyi, Məlumat İtkisinin Qarşısının Alınması və SSL Sertifikatlarında qlobal ümumi bazar lideridir. 

Symantec Yekun Nöqtə Müdafiəsi antivirus proqramı olmaqdan daha irəli gedir, günümüzün inkişaf etmiş və hədəflənən hücumlarına qarşı daha sürətli və keyfiyyətli müdafiəni təmin edir. Müdafiə qatlarına Insight və SONAR-la yanaşı qoruyucu divar, müdaxilənin qarşısının alınması və antivirus daxildir. Symantec Insight reputasiya monitorinq texnologiyası skan vaxtını aşağı salmaqla mutasiya zərərli proqramlara qarşı müdafiəni təmin edir. SONAR fayl davranışına nəzarət etməklə sıfır-gün hücumlarına qarşı möhkəm müdafiəni təmin edir. Bu aparıcı sənaye həllinin inkişaf etmiş idarəetmə bacarıqlarına, dənəli siyasi nəzarətə və birdən çox əməliyyat sistemi üçün dəstəyə malik vahid güclü agenti vardır. 

Hədəflənən hücumlarda və inkişaf etmiş davamlı təhlükələrdə artım yekun nöqtədə çoxqatlı müdafiə və ağıllı təhlükəsizliyi tələb edir. Symantec Yekun Nöqtə 12 fiziki və virtual mühitlərdə rəqibsiz təhlükəsizlik, parlaq fəaliyyət və ağıllı idarəetmə gətirir. Symantec dünyanın ən böyük mülki təhlükə kəşfiyyat şəbəkəsindən faydalanaraq fəaliyyət sürətinizi aşağı salmadan fəal şəkildə riskli faylları müəyyən edə və sıfır-gün təhlükələrini dayandıra bilər. Yalnız Symantec Yekun Nöqtə 12 ən sürətli və effektiv müdafiə üçün vahid, güclü agent vasitəsilə ehtiyac duyduğunuz təhlükəsizliyi təmin edir. 

Əsas Xüsusiyyətlər

• Rəqibsiz Təhlükəsizlik - Yekun nöqtədə çoxqatlı müdafiə vasitəsilə hədəflənən hücumları və inkişaf etmiş davamlı təhlükələri dayandırır 
• Şəbəkə Təhlükə Müdafiəsi daxil olan məlumat axınlarını təhlil edir və təhlükələri fəal şəkildə əngəlləyir
• Insight™ reputasiya təhlili riskli faylları daha sürətli və dəqiq müəyyən etmək üçün onları təhlükəsiz fayllardan ayırır
• SONAR™ davranış təhlili real vaxtda tətbiqetmələrə nəzarət edir və hədəflənən hücumları və sıfır-gün təhlükələrini dayandırır
• Güclü antivirus, anticəsus proqramı və qoruyucu divar qorunması
• Parlaq Fəaliyyət – həm fiziki, həm də virtual mühitlərdə güclü fəaliyyət üçün optimallaşdırılıb
• İnsight texnologiyası yalnız riskli faylları skan etməklə sərf olunan vaxtı 70%-ə qədər aşağı salır
• VDİ və ya əlaqədar sistemlər üçün yaddaş izini kiçiltməklə müştəri ölçüsünü aşağı salıb
• Şəbəkə əlaqələrinin və zolaq enliliyinin sayına nəzarət etmək rahatlığını yaratmaqla şəbəkə yükünü aşağı salıb
• Ağıllı İdarəetmə - Fiziki və virtual platformalarda dənəli siyasi nəzarətlə vahid idarəetmə konsolu 
• Windows, Mac, Linux, virtual maşınlar və əlaqədar sistemlər üçün vahid idarəetmə konsolu olan vahid yüksək fəaliyyət agenti
• Windows və Mac üçün uzaqdan yerləşdirməyə və müştəri idarəetməsinə dəstək
• Sistemin bağlanması, tətbiqetmə, cihaza nəzarət və yer xəbərdarlığı olan dənəli siyasi nəzarət 

Əsas faydalar
• Yekun nöqtələri kütləvi zərərli proqramlardan, hədəflənən hücumlardan və inkişaf etmiş davamlı təhlükələrdən qorumağa imkan verən çoxqatlı müdafiə
• Dünyanın ən böyük mülki təhlükə kəşfiyyatı şəbəkəsi ilə dəstəklənən yüksək səviyyəli təhlükədən müdafiə 
• İstifadəçi məhsuldarlığına təsir etməyən sürətli fəaliyyət
• Həm fiziki, həm də virtual platformalarda vahid müştəri və idarəetmə konsolu ilə istifadənin rahatlığı
• İstifadəçilər və yerə əsaslanmaqla siyasətlərin uyğunlaşdırılmasının rahatlığı

Biz SEP 12-ni Unibankın Yerli Şəbəkəsinə inteqrasiya etdik və 1500+ istifadəçi və kompyuter üçün təhlükəsiz sayt yaratdıq. Symantec AD Domen Şəbəkəsi ilə inteqrasiya etdiyindən layihə qısa müddətdə yekunlaşdırıldı. Biz Symantec Server yerləşdirdik və Symantec server vasitəsilə uzaq məsafədən idarə edilə biləcək geniş miqyaslı təhlükəsizlik yaratdıq. Bizim ixtisaslı texniklərimiz Təhlükəsizlik Siyasəti və SEP 12 üçün Qoruyucu Divar parametrlərini quraşdırıb konfiqurasiya etdilər və sınaqdan keçirilmiş, etibarlı sistemi Unibankın İT Departamentinə təhvil verdilər. 

Bitmə tarixi: Noyabr 2014

Bizi İzləyin