Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt BP

BP Distant Təhsil Otağı

Komandamız BP üçün “Distant Təhsil Otağı” yaradıb

“Eurodesign” sizə növbəti uğurlu layihəsini təqdim edir. Komandamız BP üçün “Distant Təhsil Otağı” yaradıb. Neft və qaz hasilatı sahəsində dünya liderlərindən biri olan BP, dünyanın hər yerində öz işçiləri üçün təlim proqramları təqdim edir.

Adətən otellərin konfrans salonlarında və digər məkanlarda keçirilən təlimlər zamanı əməkdaşlar BP resursları hesabına səyahət etməli olurlar. BP öz əməkdaşlarına uyğun olan saat zonalarında yüksək keyfiyyətli, iqtisadi cəhətdən səmərəli və xüsusi hazırlanmış təhsil mühiti yaratmağın yollarını axtarırdı.

Geniş əməkdaşlıq imkanlarına malik, həm mərkəzi, həm də dəstəkləyici təlim mərkəzi yaratmaqla BP bilikləri daha effektiv və asan şəkildə öyrədə və ötürə bilərdi.

Bu yüksək keyfiyyətli tədris mərkəzləri, sinifləri bir müəssisədən digərinə yayan məsafəli təhsil imkanlarına sahib olmaqla yanaşı, tədris prosesini asanlaşdırmaq üçün xüsusi bir texnologiya da təmin edir. Sözgüdən zal həm lokal təlimlər, həm də uzaq məsafədən təlimlərin keçirilməsini təmin edən geniş funksiyaları daşıyır.

Bu həll Crestron texnologiyalarından istifadə edərək audio-video axınlarını idarə etmək üçün kompleks infrastrukturdan istifadə edir.

Zal mobil, İP və şəhər telefonu daxil olmaqla istənilən rabitə növünə aid olan zəngləri dəstəkləyir və əlaqəni video konfrans transfer edir. Bütün infrastruktur böyük, yazılı Crestron prosessorunun vahid kodu əsasında fəaliyyət göstərir.

Bizi İzləyin