Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt BP

BP Upstream Field Network Modernization Proqramı

Şərq yarımkürəsi üzrə layihənin idarəolunması və tətbiq olunacaq Wi-Fi şəbəkəsinin dizayn işləri Eurodesign şirkətinə həvalə edilmişdir.


BP şirkəti aparıcı neft şirkətlərindən biridir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub. 50-ci illərdə Şimal dənizində neft yataqlarının kəşfinə, sonralar isə istismarına başlayıb. 80-cı illərin əvvələrindən, BP Şimal dənizində geniş həcmli neft hasilatına başlayıb. BP ilk dəfə 1992-ci ilin iyun ayında Azərbaycana gələrək Bakıda öz ilk ofisini açıb. Ötən 25 il ərzində Azərbaycan Hökuməti və tərəfdaşlarımız ilə olan tərəfdaşlıq çərçivəsində BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr (Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK)) Xəzər dənizini müasir karbohidrogen bölgəsinə çevrilməklə onun inkişafına töhfə vermişdir. Bu illər təhlükəsiz, məsuliyyətli və səmərəli əməliyyatlar əsasında bir çox əhəmiyyətli və özünəməxsus əlamətdar hadisələrlə müşayiət olunmuşdur. 


BP şirkəti Rəqəmsal Strategiya Planının tərkib hissəsi olaraq 2018-ci ildən etibarən qlobal UFNM proqramının başladılmasını elan etmişdir. Proqramın məqsədi neft və qaz platformalarında İnformasiya və Telekommunikasiya infrastrukturunu modernize etməklə, geniş zolaqlı Wi-Fi və LTE (4G) texnologiyalarının tətbiqindən ibarətdir. Sözü gedən texnologiyalar vastəsilə neft və qaz prosesslərinin icra olunduğu ərazilərdə simsiz data şəbəkəsinə çıxış imkanı yaranacaqdır.   

 
Proqramın mürəkkəbliyindən irəli gələrək işlərin bir neçə fazada həyata keçiriləciyi planlaşdırılmışdır. Birinci faza olaraq Qərb yarımkürəsi seçilmiş və 2019-cu ilin ilk yarsısında işlər uğurlar tamamlanmışdır. Proqramın ikinci fazasının icrası isə Şərq yarımkürəsini əhatə edir. 


İkinci fazaya daxil olan ölkələr aşağıdakılardır:   


1. AGT ( Azərbaycan, Gürcüstan və Türkiyə)
2. Şimali Afrika
3. Oman
4. Angola
5. İndoneziya 


İkinci fazanın icrasına 2019-ci ilin Avqust ayından başlanılmışdır. Şərq yarımkürəsi üzrə layihənin idarəolunması və tətbiq olunacaq Wi-Fi şəbəkəsinin dizayn işləri Eurodesign şirkətinə həvalə edilmişdir.   


BP UFNM Proqramı çərçivəsində nəzərdə tutulan Wi-Fi şəbəkə texnologiyasının həlli Aruba şirkəti tərəfindən təmin ediləcəkdir. Azərbaycan regionu üzrə Wi-Fi avadanlığının təmin və təchiz olunması həmçinin Eurodesign şirkətinə həvalə olunmuşdur. Eurodesign Aruba şirkətinin Gümüş tərəfdaşıdır.


 LTE (4G) texnologiyasının həlli yuxarıda qeyd edilən hər bir ölkə üzrə həyata keçiriləcək tender çərçivəsində qalib gələn müvafiq Mobil Operator tərəfindən təqdim olunacaqdır.


Qeyd etmək lazımdır ki, Azərbaycan üzrə Bakcell Mobil Operatoru tenderdə qalib gələrək sözü gedən BP platformalarında LTE(4G) texnologiyasının tətəbiqini həyata keçirəcəkdir.

Şərq yarımkürəsi üzrə Layihənin 2-ci fazasının bitməsi 2021-ci ilin Dekbar ayının sonuna planlaşdırılır. 

Bizi İzləyin