Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt Milli Onkologiya Mərkəzi

Telefoniya və Tibb Bacısı Çağırış Sistemi

Hazırda Milli Onkologiya Mərkəzi Azərbaycanın aparıcı ixtisaslaşmış elmi-tədqiqat institutlarından biridir. 650 yataqdan ibarət klinik bazası olan xəstəxana bədxassəli şişlərin diaqnostikası, müalicəsi və profilaktikasını təmin edir. Mərkəz bütün Qafqazda ən böyük və innovativ onkoloji xəstəxanadır.

2009-cu ilin əvvəlində xəstəxana rəhbərliyi Eurodesign-ı kompleksin yeni tikilmiş Cərrahiyyə binası üçün yüksək səviyyəli IT infrastrukturun yaradılması işinə cəlb etdi. Eurodesign CİSCO şəbəkə infrastrukturunu, Telefoniya və Tibb Bacısı Çağırış Sistemi, İntellektual Nəzarət Sistemi, eləcə də Televiziya siteminin quraşdırılmasını həyata keçirdi. 

Daha sonra, 4 digər bina – kompleksin Radiologiya, Uşaqlar, Diaqnostika və Müalicə binaları tikildi. 

Görülən işin müsbət nəticəsi və müştərilərimizlə qarşılıqlı etibara əsaslanan münasibətlər sayəsində şirkətimiz komleksin yenicə inşa edilmiş digər binaları üçün də bütün lazımı İT həlləri təmin etməyə dəvət olundu. Biz 5 mərtəbəli Radiologiya, 4 mərtəbəli Uşaq, eləcə də 7 mərtəbəli Diaqnostika və Müalicə binaları üçün Strukturlaşdırılmış Kabel Sistemini, Şəbəkə İnfrastrukturu, Telefoniya və Tibb Bacısı Çağırış Sistemini quraşdırıb təhvil verdik. 


Xəstəxanada quraşdırılmış Cisco Tibb Bacısı Çağırış Sistemi tibb bacıları və xəstələr arasında davamlı əlaqənin qurulması üçün ən yaxşı həll yoludur. Belə ki, onlar simsiz siqnalın olduğu istənilən yerdə bir-birləri ilə müxtəlif cihazlar vasitəsilə əlaqə saxlaya biləcəklər. Bu sistem istənilən məkanda xəstələrə daha effektiv qayğı göstərilməsini təmin edir. İnteqrasiya edilmiş Cisco Tibb Bacısı əlaqələndirmə səs və məlumat həlli tibb bacısı çağırış siqnallarını Cisco simsiz telefonlarına və digər cihazlara ötürür. Xəstələr sadəcə bir düyməni sıxmaqla tibb bacısını həməncə çağıra bilirlər.

Xəstəxananın bütün binalarına Fiber Optik kabellər çəkilməklə onun bütün ərazisində yüksək sürətli internetə çıxış təmin edildi. Biz həmçinin bütün gözləmə zallarında və xəstəxana otaqlarında 20-dən artıq HD kanalına çıxışı təmin TV sistemlərini yerləşdirməklə xəstələr və onların ziyarətçiləri üçün olduqca yaxşı şərait yaratdıq.

Təhlükəsizliyi tam təmin etmək üçün xəstəxanada, eləcə də onun həyətində 600-dən artıq nəzarət kamerası quraşdırıldı.

Xəstəxananın işçiləri arasında yüksək səviyyəli kommunikasiyanın qurulması üçün biz zallarda və açıq ərazilərdə baza stansiyaları yerləşdirdik. 

Binalar ayrı-ayrılıqda inşa edildiyindən Eurodesign-ın texniki komandası layihənin bir çox çətin mərhələsinin öhdəsindən gəlməli oldu. Biz telefoniyanı xəstəxananın bütün binalarının vahid audio sisteminə inteqrasiya edə bildik. Fövqəladə hal baş verərsə, xəstəxana rəhbərliyi asanlıqla ən yaxın masaüstü telefondan xüsusi daxili nömrəni yığaraq xəstəxanada yerləşdirilmiş divar dinamikləri vasitəsilə işçilər və xəstələrə xəbərdarlıq edə bilər. 

2016-cı ilin martında bütün yerləşdirmə işləri başa çatdıqdan sonra, Eurodesign ilə xidmət müqaviləsi imzalandı. Həmin müqaviləyə əsasən yerində bilavasitə texniki xidmətin təmin edilməsi üçün xəstəxanada daimi texniki heyyət saxlanılır. 

Müddət: Fevral, 2009 – Mart, 2016 (davamı olaraq xidmət müqaviləsi imzalanıb)   

Bizi İzləyin