Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt AGOF

AGOF 2019

Eurodesign Avropa Gənclər Olimpiya Festivalı (EYOF) üçün ən son İT həlləri təmin edir.

Avropa Gənclər Olimpiya Festivalı (EYOF) ideyası 1990-cu ildə gənc atletlərə Olimpiya Hərəkatı ilə tanış olmaq və Olimpiya dəyərləri və idealları barədə öyrənmək imkanı vermək məqsədilə Avropa Olimpiya Komitəsinin (AOK) sabiq prezidenti Jak Roq tərəfindən həyata keçirilmişdir. EYOF 13 və 18 yaşlar arasında olan gənc Avropa atletləri üçün ən yüksək səviyyəli idman növlü tədbirdir. İlk dəfə EYOF 1991-ci ildə Belçikada, Brüsseldə baş tutmuşdur.     

Festival iki ildə bir dəfə, tək illərdə QIŞDA və YAYDA keçirilir. EYOF Avropa Olimpiya Komitəsinə aiddir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur. EYOF digər qitələrin ənənəsini (məsələn, Asiya Gənclər Oyunları, Panama Gənclər Oyunları) Avropada davam etdirmək imkanını yaradır.

EYOF-a ev sahibliyi edən ölkə ilkin seçim mərhələsini keçmədən bütün yarışlarda iştirak etmək hüququnu qazanır.

15 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi məqsədilə “Bakı 2019” TƏŞKİLAT KOMİTƏSİNİN yaradılması haqqında Sərəncam imzalamışdır. 

Texnologiyanın təmin edilməsi üzrə əsas təchizatçı kimi “Eurodesign” şirkəti ilə müqavilə bağlanmışdır. Əlbəttə ki, bütün texnologiya departamentinin iş həcmi “Eurodesign” şirkətinin işçi heyəti tərəfindən planlaşdırılmışdır və həyata keçirilmişdir. İlkin mərhələlərdə yüksək səviyyəli layihə hazırlanmışdır, amma layihənin icrasının operativ mərhələsi fevral ayının ortasında başlamışdır.

5 ay ərzində biz 100 km-dan çox Fiber Optik birləşmələrlə bütün yarış obyektləri və məlumat mərkəzi arasında dayanıqlı şəbəkə qurmağı bacardıq. Nəticədə bütün yarış obyektləri arasında təhlükəsiz və nəzarət olunan əlaqə əldə etdik və harada qoşulmasından asılı olmayaraq bütün klient qruplarına eyni səviyyəli xidmət göstərə bildik. Şəbəkə topologiyasının bu növü yayınlama və nəticələr kimi xidmətləri asanlaşdırdı və onların keyfiyyətini yaxşılaşdırdı. “Eurodesign” şirkəti Festival həftəsi ərzində maksimum 4000 eynivaxtlı qoşulma ilə 8000-dən çox fərdi cihazın qoşulduğu vahid simsiz şəbəkə yaratmışdır.   

ƏK-nin tədbirə hazırlanması üçün qısa müddət ərzində “Eurodesign” şirkəti həmçinin İT infrastrukturun yaradılması və işçi heyət üçün bütün son istifadəçi avadanlıqlarının təqdim edilməsinə görə cavabdehlik daşımışdır. Biz tədbirin təşkil olunması üçün tam rezerv olunmuş infrastruktur layihələndirdik, son istifadəçilərin ehtiyacları üçün avadanlığı işəsalma mərkəzi və proqram təminatı paketləri təqdim etdik. ƏK-nin işçi heyətinin yarış obyektlərində öz işlərini icra etməsi üçün 800 ümumi və fərdi kompüter, 80 çap maşını, 30 televizor və İnternetə simsiz  qoşulma üçün 370 cihaz təmin edilmişdir. Bütün bu avadanlıqlar çatdırılmazdan əvvəl yoxlanılmış və xidmət səviyyəsi qəbul funksiyaları ilə uyğunlaşdırılmışdır. Tədbirdən əvvəl bütün yarış obyektləri üçün və Atletlər Kəndində hər gün saat 07:00-dan gecə saat 00:00-a qədər işləyən Texniki Dəstək Xidməti təşkil etmişdik.

Texnologiyanın təmin edilməsinin ən çətin hissələrindən biri radioqəbuledici aparatların paylanması olmuşdur. Radio xidmətləri Açılış Mərasimindən 2 ay əvvəl təsdiqləndiyinə görə bölmələrdən tələbləri toplamaq, radiokanalların xəritəsini yaratmaq və kanalların hansı radioda quraşdırılacağını razılaşdırmaq çətin olmuşdur. Nəticədə, 280-dən çox proqramlaşdırılmış radiokanal ilə 1100 radioqəbuledici aparat təqdim olunmuş və paylanmışdır.   

“Eurodesign” şirkətinin qarşısındakı həlledici tapşırıqlardan biri də Crystal Hall-da açılış və bağlanış mərasimləri üçün 410 m2-lik LED monitorun quraşdırılması olmuşdur. Vaxt qısa idi, amma ilk rəsmi məşqdən əvvəl LED ekranını işə salmaq, sınaqdan keçirmək və işi yekunlaşdırmaq yalnız 5 gün çəkdi.

Tədbir yaxınlaşdıqca və bütün işçi heyət öz yerini tutduqca biz hər bir yarış obyekti üzrə məsul şəxs təyin etdik. Obyektin Texnologiya Menecerinin vəzifəsi texnologiyaların olduğu sahələri nəzarətdə saxlamaq və obyektin texnologiya sxemi ilə bağlı tərəfdaşlara köməklik etmək olmuşdur. Yarış obyektinin işçi komandası və əsas ofis üçün koordinator yalnız həmin Menecerlər idilər. Əlbəttə ki, tədbirdən əvvəl onlar üçün təlim keçirilmişdir və onlar hər bir obyektin texnologiyasının təhvil verilməsində iştirak etmişdilər. “Eurodesign” şirkəti həmçinin baş ofisdə ümumi xidmətlərə görə məsul olan Texnoloji Əməliyyatlar Mərkəzi də təşkil etmişdir və bütün şəbəkəni və infrastrukturu nəzarətdə saxlamışdır. İstənilən məsələnin eskalasiyasında obyektin işçi komandası üçün koordinator TƏM idi və ciddi problem baş verdikdə o, Festivalın Rəhbərliyinə məlumat verirdi. 

“Eurodesign” şirkətinin işçi heyəti həmçinin Festivalın internet səhifəsini yaratmışdır, Festivalın keçirildiyi həftə ərzində səhifəyə 140.000-dən çox fərdi cihaz daxil olmuşdur. Rəsmi nəticələri mümkün qədər tez onlayn paylaşmaq üçün Nəticələri təqdim edən tərəflə yaxından əməkdaşlıq edirik. Hazırda internet səhifəsi canlıdır və xəbərlərə, şəkillərə və Festivalın necə keçdiyinin nəticələrinə baxa bilərsiniz. 

Bizi İzləyin