Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt ARDNF

ARDNF Monitorinq xidməti

Eurodesign şirkəti beynəlxalq standartlara əsaslanaraq əsaslı GAP təhlilini keçirmişdir və ITIL, CoBİT ən yaxşı təcrübələrə (best practices) uyğun olaraq sənədləşmə hazırlamışdır.

Dövlət Neft Fondu Azərbaycanda neft-qaz sazişlərinin icrasından əldə olunan gəlirlərin toplandığı, idarə olunduğu və gələcək nəsillər üçün ehtiyatda saxlanıldığı xüsusi təyinatlı dövlət müəssisəsidir.

2018-ci ilin fevral ayında Azərbaycan Neft Fondu fondda mövcud olan RSA Archer və RSA Security Analytics sistemləri əsasında monitorinq xidmətlərinin əldə olunması üzrə tender təşkil etmişdir. Bu məhsullar SIEM (Security Information and Event Management) proqram təminatı olub, loqların perimetrdən son istifadəçiyə qədər mərkəzləşdirilmiş qaydada toplanmasını, saxlanmasını və təhlilini həyata keçirir. O, hücumun cəld aşkarlanması, qarşısının alınması və ona qarşı cavab tədbirlərinin görülməsi üzrə  real vaxt rejimində təhlükəsizlik hesabatlarının verir  və monitorinq xidmətinin avtomatlaşdırır.

Eurodesign şirkəti beynəlxalq standartlara (ISO20000, ISO20002, ISO27000, ISO27002) əsaslanaraq əsaslı GAP təhlilini keçirmişdir,  ITIL, CoBİT ən yaxşı  təcrübələrə (best practices) uyğun olaraq sənədləşmə hazırlamışdır, mövcud prosesləri optimallaşdırmışdır. İnformasiya Təhlükəsizliyi komandası ilə birgə loqların mənbələri, onların əhəmiyyət dərəcəsi, cavab tədbirləri müəyyən edilmişdir. Konsultasiya işləri, İT proseslərin tətbiqi və yetkinlik səviyyəsinin artırılması sahəsində sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən həyata keçirilmişdir.

Bu əməkdaşlıq Azərbaycan Neft Fonduna informasiya təhlükəsizliyi üzrə reaktiv idarəetmədən proaktiv idarəetməyə keçməyə, biznes, İT və İnformasiya Təhlükəsizliyi proseslərinin optimallaşdırılması üzrə yeni imkanlar əldə etməyə kömək edir.

Bizi İzləyin