Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt Ədliyə Nazirliyi

MƏRKƏZİ İNFORMASİYA SİSTEMİ

Ədliyyə Nazirliyi müasir veb-texnologiyalar əsasında vahid informasiya sisteminin yaradılması üzrə layihəni başlatmışdır.

Prezidentin fərmanına əsasən Ədliyyə Nazirliyi məhkumlar və məhbuslar üçün müasir veb-texnologiyalar əsasında müxtəlif ayrı-ayrı şöbələrin tələblərinə cavab verən fərd yönümlü məlumat bazası qismində xidmət göstərəcək vahid informasiya sisteminin yaradılması üzrə layihəni başlatmışdır:

  • Probasiya xidməti
  • Penitensiar xidmətlər
  • Tibb xidmətləri

Sistem Ədliyyə Nazirliyində artıq mövcud olan sistemlər ilə inteqrasiya olunacaq və bütün məlumat mənbələrinin maneəsiz inteqrasiyasını təmin edəcək. Mərkəzi İnformasiya Sisteminin Ədliyyə Nazirliyinin və müxtəlif şöbələrdən əsas maraqlı tərəflərin tələblərinə əsaslanan yeni, tamamilə unikal həll olması nəzərdə tutulub.

Sistem mövcud olan hər hansı sistemi və ya onların funksional imkanlarını əvəzləmək üçün deyil, şəxs ilə bağlı məlumatı şəxs haqqında vahid dolğun məlumatlar ilə inteqrasiya etməklə onları tamamlamaq üçün nəzərdə tutulub. Sistem bütün maraqlı tərəflərə məlumatın idarə edilməsi, təhlil, məlumat vermə imkanları və digər funksiyalar təqdim edir. Sistem bütün müvafiq dövlət informasiya sistemləri ilə inteqrasiyanı və süni intellektin tətbiqini nəzərdə tutur.

Bizi İzləyin