Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt AZFEN

Bitum İstehsalı Zavodu

Eurodesign, yeni bitum zavodu üçün olduqca davamlı İT infrastrukturun quraşdırılmasını həyata keçirəcək.



Heydər Əliyev adına neft emalı zavodunda inşa ediləcək yeni bitum istehsalı qurğusunun illik istehsal gücü 400 min ton olacaq. Bu qurğuda “EN 40/60” markalı yol bitumu istehsal ediləcək və qurğunun 2018-ci ilin ortalarında istismara veriləcəyi gözlənilir.

Layihə Avstriyanın Poerner şirkətinin rəhbərliyi altında AzFen tərəfindən həyata keçirilir.
Eurodesign, zavod ərazisində bütün IT infrastrukturun, telekommunikasiya avadanlığının qurulmasını həyata keçirəcək.

İş çərçivəsi aşağıdakıları əhatə edir:
  • Video Müşahidə Sistemləri (CCTV or Video Surveillance)
  • IP telefoniya (IP telephony and SCS)
  • Yanğın Həyəcan Sistemləri (Fire Alarm System)
  • Keçidə Nəzarət Sistemləri (Access Control)
  • Elan Sistemləri (Public Announcement System)

Eurodesign şirkəti CISCO, Hikvision, BOSCH, Avigilon kimi tanınmış və dünya şöhrətli istehsalçıların sistem və həllərini tətbiq edəcəkdir. Layihənin mürəkkəbliyi və fərqliliyi ondan ibarətdir ki, təqdim olunan bütün sistemlər yanğına, partlayışa, kimyəvi təsirlərə olan yüksək dayanıqlığına əsaslanır.

Növbəti mərhələ köhnə müəssisənin bütün IT infrastrukturunun yenilənməsi və yeni tikilmiş zavod ilə sistemlərin tam inteqrasiyasından ibarətdir.

Bizi İzləyin