Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt Təhsil Nazirliyi

İmtahan şəbəkənin qurulması

Layihə Respublikanın 26 şəhər və rayonlarını əhatə edərək 36 min müəllimin qısa vaxt ərzində tam şəffaf şəkildə imtahan verməsi üçün davamlı, kəsilməz və təhlükəsiz bir şəbəkənin yaradılmasını özündə ehtiva edirdi.

2016-cı ilin Noyabr ayında Eurodesign şirkəti Təhsil Nazirliyi tərəfindən təşkil edilən “Müəllimlərin Diaqnostik Qiymətləndirmə İmtahanı”-nın keçirilməsi məqsədi ilə güclü məlumat-ötürmə qabiliyyətinə malik təhlükəsiz şəbəkənin qurulması üçün dəvət edildi. 

Eurodesign şirkəti Belə bir şəbəkəni yaradılması üçün 40.000 metr Datwyler kabellərindən habelə 13 ədəd yüksək şəbəkə qabiliyyətli CISCO kommutatorlarından yararlandı. Yaradılmış sistemi hər hansı bir elektrik pozuntularından qorumaq və sistemin axarlı işini təmin etmək üçün hər biri 5 kVA olan 2 ədəd Eaton UPS lərindən istifadə edildi. Habelə 500 ədəd Lenovo laptopu müəllimlərin imtahan verməsi üçün şəbəkəyə birləşdirildi. 
Yuxarıda sadalannan bütün bu sistemlər layihə gedişatı boyunca Respublikanın 26 müxtəlif şəhər və rayonlarına daşınıldı və yenidən quraşdılırdı. 2016-cı ilin noyabr və dekabr aylarında xüsusən regionlarda mövcud sərt və soyuq hava şərati nəticəsində yolların buz bağlaması və imtahan cədvəlinin çox sıx planlarşdırılmasına baxmayaraq Eurodesign şirkəti bütün layihəni çox böyük uğurla təhvil verməyə nail oldu. 

“Bu layihə Azərbaycanın təhsil sahəsində əldə etdiyi növbəti bir parlaq uğurdur. Eurodesign 36 000 müəllimin hər hansı bir sistem nöqsanı olmadan imtahan verməsi üçün davamlı, kəsilməz və təhlükəsiz şəbəkəni yaratmış şirkət olmaqdan qürur duyur!” Bu sözləri şirkətin Texnoloji Direktoru Sabir Haqverdiyev bu layihədən danışarkən qeyd edib.

“Layihənin uğurundan danışarkən bütün Eurodesign heyyətinin səriştə və bacarıqlarından söz açmaq gərəkir: qarlı hava şəraitində yüksək peşəkarlıq göstərən sürücülərimizdən başlayaraq regionlara ezam olunmuş şirkətin texniki heyyəti, aparıçı mütəxəsisimiz Fəzail Aliyev və əlbəttəki bu kollektivi və lahiyələri bir araya gətirən şirkət rəhbərliyi. Bütün bunlar lahiyələrimizin uğurunun qarantıdır.” -deyə Eurodesign şirkətinin aşağı voltajlı sistemlər üzrə direktoru Elman Hüseynzadə qeyd edib.

Bu layihə, 2015-ci ilin ardınca artıq ikinci dəfədir ki Eurodesign şirkəti tərəfindən uğurla başa çatdırılır.





Bizi İzləyin