Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt DDlar Group

Bakı Su İdmanı Kompleksi

Bakı Su İdmanı Mərkəzi Azərbaycan üçün əlamətdar idman obyektlərindən birinə çevrilməkdədir. Mərkəzin olimpiya ölçüsündə üzgüçülük hovuzu var və istər yerli, istərsə də beynəlxalq səviyyələrdə müxtəlif tipli yarışların keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Su İdmanı Sarayı

Hovuzun uzunluğu sualtı üzgüçülük üçün hündürlüyünə görə 25 metr, eninə görə 20 metrdir və 3, 5, 7,5 və 10 metrlik hündürlüklərdən suya tullanmaq üçün beş mərtəbəli platformaya malikdir. Sarayda idman yarışlarını 6000 tamaşaçı izləyə bilər. Sarayda həmçinin VVIP, VIP, media və əlillər üçün xüsusi izləmə sektorları da vardır. Binanın damının bir hissəsində günəş enerjisini elektrik enerjisinə çevirə bilən xüsusi panoramlı şüşə panellərdən istifadə olunub. Əmələ gətirilən elektrik enerjisi sarayın bəzi seksiyalarının enerji təchizatında istifadə olunacaq.

2014-cü ilin əvvəlində Eurodesign şirkəti bu yaxınlarda inşa edilmiş Bakı Su İdmanı Mərkəzi üçün İT İnfrastrukturunun qurulması üzrə tenderin qalibi oldu. 

Bu layihə Eurodesign şirkətinin olduqca dar vaxt çərçivəsində işlədiyi nəhəng layihələrdən biri idi və şükürlər olsun ki, biz bu az vaxt ərzində Su İdmanı Sarayını innovativ İT həlləri ilə təmin edə bildik. Su İdmanı Sarayı Bakı 2015 Avropa oyunlarının keçiriləcəyi idman obyektlərindən biri olduğundan bütün işlər Avropa Oyunlarının başlanmasına qədər bitməli idi. Biz layihə üçün həm yerli, həm də xarici mütəxəssislərin dəvət olunduğu yüksək ixtisaslı mühəndislərdən və layihə menecerlərindən ibarət komanda qurduq.

İş həcmi:

  • EN 54 standartına uyğun gursəsli xəbərdarlıq və ümumi həyəcan sistemi
  • SMATV
  • CCTV
  • Əlillər üçün Çağrı Sistemi (DCS)
  • Strukturlaşdırılmış Kabel Sistemi
  • AV Sistemləri
  • Girişə Nəzarət Sistemi
  • Yayım Sistemləri infrastrukturu
  • Satış Nöqtəsi Sistemləri

Bu layihə Eurodesign şirkətindən hər hansı texniki problemləri vaxtında həll etməkdən ötrü digər subpodratçılarla, eləcə də tikinti şirkətləri ilə birgə işləmək üçün müasir kommunikasiya imkanlarının istifadəsini tələb edirdi. Bu layihə bizə beynəlxalq komanda ilə böyük iş təcrübəsi verdi. 

Bütün İT infrastrukturu vaxtında, smeta xərcləri daxilində və beynəlxalq standartlara uyğun olaraq sınaqdan keçirildi və təhvil verildi .

Daha bir məmnun müştəri və daha bir uğurlu layihə!  


Bizi İzləyin