Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt Bakı Dəniz limanı

İT İnfrastruktur

Eurodesign Bakı Dəniz Limanı üçün IT infrastruktur lahiyəsini gerçəkləşdirir.


Bakı limanı Xəzər dənizində ən qədim və ən böyük limandır. Əsrlər boyu Bakı limanı qədim İpək Yolu, eləcə də Şimali Avropa və Rusiyanı Yaxın Şərq və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi ilə yanaşı Şərqlə Qərb arasında körpü rolunu oynamışdır.

Eurodesign şirkəti Bakı Dəniz limanının İT İnfrastrukturunun qurulması üzrə tenderin qalibi olmuşdur. Bu, İT sahəsində müasir peşəkarlıq, eləcə də layihə idarəçiliyi sahəsində zəngin təcrübə tələb edən nəhəng bir layihədir. Eurodesign şirkəti Bakı limanı üçün İT üzrə konsaltinq, yüksək səviyyəli dizayn, eləcə də aşağı səviyyəli dizayn, şəbəkəqurma, simsiz rabitə, səs, perimetr təhlükəsizlik eləcə də keçidə nəzarət sistemlərini təmin edir.


Layihənin həcmi:

  • Konsaltinq və yüksək səviyyəli dizayn
  • Verilənləri Emaletmə Mərkəzi
  • Şəbəkəqurma
  • İP Telefoniya
  • Simsiz şəbəkə
  • Server və Saxlanc Sistemləri
  • Perimetr Təhlükəsizlik Sistemləri
  • Şəbəkə Təhlükəsizlik həlləri
  • Audio- Video Sistemləri
  • ERP və digər biznes-xidmət tətbiqlərinin yol xəritəsi
  • Son istifadəçi avadanlığı

Layihənin 2018-ci ildə təhvil veriləcəyi gözlənilir.

    Bizi İzləyin