Ən Son

Layihələr

‹‹ Layihələrə Qayıt Unibank

Yeni ofis binası üçün məlumatın işlənmə otağı

Unibank Azərbaycanın ən böyük özəl banklarından biridir. Bankın beynəlxalql standartlara uyğun olaraq hesablanmış ümumi kapitalı 65 milyon manatı keçir. 2002-ci ildə yaradılmış Unibank, müvəffəqiyyətlə müştərilərin etibarını qazanmışdır.

2007-ci ildə Unibank server və rabitə avadanlıqlarının yerləşdiyi 30 kv. metr ərazini əhatə edən kabinet rəfləri ilə birbaşa əlaqələnən kabel və hava dövranı sistemləri üçün həllər tətbiq etməli idi .

Eurodesign şirkəti ofis və texniki sahə üçün ən yaxşı həll olan yüksəldilmiş döşəmə panellərinin quraşdırılmasını təklif etdi. Bu cür döşəmə tor metal konstruksiya və ya çıxarılabilən döşəmə panellərindən və hündürlüyü tənzimlənən bünövrədən ibarət olur. Yüksəldilmiş döşəmə soyuq hava axının itkisinin və qısa qapanma nəticəsində kabellərin alovlanmasının qarşısını alır. Bundan əlavə, yüksəldilmiş döşəmə sistemi texniklərə yanğın söndürmə sistemini tam və dəqiq təşkil etməyə imkan verir, belə ki, yanğın söndürən boru strukturları döşəməaltı boşluqda yerləşir. Yüksəldilmiş döşəmə sisteminin materialı bərk, suya və alova davamlı və halogensizdir. Döşəmənin quruluşu döşəməaltı boşluqda yerləşən bütün sistemlərə o cümlədən kabellərə, avtomatik yanğın söndürən və kondisioner sistemlərinə asan girişə imkan verir. Yüksəldilmiş döşəmə tam təchiz olunmuş rəf kabinetləri və xidməti heyətin ağırlığına davam gətirə bilir. Eurodesign tərəfindən quraşdırılmış “Lindner” yüksəldilmiş döşəmə sistemləri ekoloji cəhətdən təmiz materialdan hazırlanmışdır və ənənəvi döşəmələrdən daha yüngüldür. Həmçinin bu sistem laklama və cilalama tələb etmir.

Eurodesign Unibank-ın Rəşid Behbudov 55, Uniplaza ünvanında yerləşən yeni ofisində “Lindner” yüksəldilmiş döşəmə sistemini müvəffəqiyyətlə quraşdırmışdır. Sertifikatlı texniklərimizdən ibarət təcrübəli komandamız ixtisaslı mühəndislər tərəfindən nəzarət olunaraq quraşdırma prosesini yüksək keyfiyyətdə, büdcə daxilində və vaxtında yerinə yetirmişdir.
Tamamlanma tarixi: 2007

Bizi İzləyin